Dərmanlar haqqında hər şey

Dərmanlar haqqında şagirdlərin bilməli olduğu bəzi vacib məqamlar bunlardır:

  • Heç vaxt böyüklərin icazəsi olmadan dərman qəbul etməyin. Dərmanlar faydalı ola bilər, lakin yanlış istifadə və ya yanlış doza sağlamlığa zərərli və ya təhlükəli ola bilər.
  • Dərmanlar uşaqların əli çatmayan təhlükəsiz yerə qoyulmalıdır. Təsadüfi istifadənin qarşısını almaq üçün onlar xüsusi yerlərdə saxlanılmalıdır.
  • Dərmanınızı heç vaxt başqa insanlara verməyin və ya başqasının dərmanını qəbul etməyin. Dərmanlar yalnız konkret bir şəxs üçündür və onların başqa insanlar tərəfindən istifadəsi təhlükəli ola bilər.  Daha ətraflı səhifəyə keçid edərək oxuya bilərsiz...

 

MƏQALƏLƏR
ÇAP MATERİALLARI
TEZ-TEZ VERİLƏN SUALLAR

Dərman dozası nə deməkdir?

Doza, dərmanın nə qədər qəbul ediləcəyini göstərir. Məsələn, təlimatlar gündə iki dəfə bir tablet və ya gündə üç dəfə 5 ml. şərbət qəbul etməyi göstərə bilər. Müalicənin effektivliyini və təhlükəsizliyini təmin etmək üçün göstərilən dozaya riayət etmək vacibdir.

Vitamin içirəm. Sinif yoldaşıma verə bilərəm?

Dərman və ya vitaminləri heç vaxt başqa insanlara verməyin və ya başqasının dərmanını qəbul etməyin. Dərmanlar yalnız konkret bir şəxs üçündür və onların başqa insanlar tərəfindən istifadəsi təhlükəli ola bilər. Hər bir şəxsə dərman və ya vitaminlər həkim tərəfindən təyin olunur.