Peyvənd - niyə vacibdir?

İnfeksion xəstəliklər çox təhlükəli olub, ağır formalarında hətta ölümlə nəticələnə bilər, peyvənd isə uşaqlarda yoluxucu xəstəliklərə qarşı immunitet (xəstəliyə tutulmama qabilliyəti) yaradır. Buna görə də uşaqların bu xəstələliklər əleyhinə peyvənd olunması vacibdir. Peyvəndlərin aparılması nəticəsində bir sıra xəstəliklər qlobal səviyyədə aradan qaldırılıb. Azərbaycanda ağır yoluxucu xəstəlik olan poliomielitə yoluxanların sayı Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində sıfıra endirilb. 2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib. Hazırda Azərbaycanda Hepatit B, vərəm, poliomielit, difteriya, göyöskürək, tetanus, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvənd aparılır. Peyvəndlər barəsində daha ətraflı səhifəmizdə...