UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Peyvənd bunları bilmək vacibdir!

İnfeksion xəstəliklər çox təhlükəli olub, ağır formalarında hətta ölümlə də nəticələnə bilər.

Peyvənd isə uşaqlarda yoluxucu xəstəliklərə qarşı immunitet (xəstəliyə tutulmama qabiliyyəti) yaradır. Buna görə də uşaqların bu xəstəliklər qlobal səviyyədə aradan qaldırılıb. Azərbaycanda əgər yoluxucu xəstəlik olan poliomilete yoluxanların sayı Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində sıfıra endirilib. 2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib.

Hazırda Azərbaycanda hepatit B, vərəm, poliomielit, difteriya, göyöskürək, tetanus, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvənd aparılır.

Dövlət tibb müəssisələrində Peyvəndlər Pulsuz Edilir.

Kitabada valideynlər üçün yoluxucu xəstəliklər, onların profilaktikası və peyvənd təqvimi ilə bağlı zəruri olan məlumatlar verilib.

Qızılca

Qızılca – kəskin  yoluxucu xəstəlikdir, hava – damcı yolu ilə yayılır.

İnfeksiya mənbəyi – xəstə insandır. Xəstəliyin əlamətləri – bədən hərarətinin yüksəlməsi, zökəm, gözün selikli qişasının iltihabı, işıqdan qorxma, mərhələli səpgilərin  əmələ gəlməsi və s. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə ağırlaşmalar (pnevmoniya, meningt, ensefalit və s.) baş verir.

Məxmərək

Məxmərək – yoluxucu xəstəlikdir, hava – damcı yolu ilə yayılır. Xəstəliyin əlamətləri – ümumi zəiflik, normadan bir qədər yuxarı qızdırma, başağrısı, boyunarxası limfa düyünlərinin böyüməsi, səpkilərin əmələ gəlməsi və s. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə fəsadlar (artritlər, oynaqlarda ağrılar, ensefalit, qanın laxtalanması ilə bağlı problemlər və s.) baş verir. Hamilə qadının məxmərəyə yoluxması hamiləliyin pozulması ilə nəticələnə bilər.

Yoluxucu xəstəliklərin başlıca profilaktika yolu peyvənddir!

Epidemik parotit

Epidemik parotit – yoluxucu xəstəlikdir, hava – damcı yolu ilə yayılır. Xəstəliyin ən xarekterik əlaməti – qulaqdibi tüpürcək vəzilərinin şişkinliyidir. Digər əlamətlər  - çeynəmə və udqunma zamanı ağrı, ümumi halsızlıq, oğlanlarda xayaların, qızlarda yumurtalıqların ağrılı və həssas olmasıdır. Epidemik parotit xəstəliyi nədir, lakin ciddi ağırlaşmalara səbəb ola bilər. Kişilərdə və yeniyetmə oğlanlarda bu ağırlaşmalardan bəzən sonsuzluqla nəticələnən xayaların bir və yaxud ikitərəfli iltihabını (orxit) qeyd etmək olar. Patoloji prosesə mədəaltı vəzi cəlb olunduqda, şəkərli vəzi cəlb olunduqda, şəkərli diabetin inkişafı ilə ağırlaşma müşahidə oluna bilər.

Qızılcanın, epidemik parotitin və məxmərəyin profilaktikası

Qızılca, epidemik parotit və məxmərək əleyhinə peyvənd bu xəstəliklərin profilaktikasının ən uğurlu üsuludur. Uşaqları qızılca – parotit – məxmərək (QPM) əleyhinə vaksinlə (üç infeksiyaya qarşı) peyvənd etmək vacibdir. Bu peyvəndin 1-ci dozası, Milli peyvənd təqviminə uyğun olaraq, uşaqlara 12 aylığında, 2 – ci dozası isə 6 yaşında vurulur.

Peyvəndlərin məhz vaxtında və bütövlükdə aparılması uşaqların sağlamlığını qoruyur!

Difteriya

Difteriya – hava – damcı yolu ilə yayılan kəskin yoluxucu xəstəlikdir. İnfeksiya mənbəyi – xəstələr və bakteriya gəzirdiriciləridir. Xəstəliyin əlamətləri – boğaz ağrısı, boğazda qızartı, iştahasızlıq, hərarətin bir qədər yüksəlməsi, 2-3 gün ərzində udlaq və badamcıqların üzərində boz rəngli ərpin əmələ gəlməsi, boyun limfa vəzilərinin bir qədər böyüməsi, boyun nahiyəsinin şişməsi, burundan serroz – qanlı möhtəviyyatın ifraz olunması və s. Xəstəliyin ilk günlərində defteriyalı xəstədə ürək  - ritmini pozan və ürək çatışmazlığına səbəb olan miokardit inkişaf edə bilər. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə digər fəsadlar da baş verir. Difteriyanın ağır forması zamanı udlaqda inkişaf edən ödem (şişkinlik) tənəffüs yollarını tutur və yaranan asfiksiya (boğulma) nəticəsində ölüm baş verir.

 Göyöskürək

Göyöskürək – tənəffüs yollarının yoluxucu xəstəliyidir, hava – damcı yolu ilə çox asan yayılır. Belə xəstələrdə 4-8 həftə davam edən “hürücü” öskürək müşahidə edilir. Xəstəlik ən çox 1 yaşa qədər uşaqlar üçün təhlükəlidir. İlk olaraq, uşaqda adi soyuqdəymə əlamətləri müşashidə olunur, tədricən isə davamlı (əsasən gecə saatlarında müşahidə olunan) öskürək tutmaları başlayır. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə fəsadlar qeydə alınır. Onlardan ən yayılmış və ölümlə nəticələnən fəsad – bakterial pnevmoniyadır. Bundan əlavə, qıcolmalar və qısamüddətli bayılma da baş verə bilər.

Tetanus

Tetanus – xəstəliyi törədən bakteriyalara daim ətraf mühitdə rast gəlmək olar. Tetanus insandan – insana keçmir. İnsan tetanusa yara və yaxud kəsik səthinə torpaq zərrələrinin daxil olduğu zaman yoluxa bilər. Bu bakteriyalar ən çox dərin deşilmiş yaralarda inkişaf edir.

Tetanusun xarakterik əlamətləri – çeynəmə əzələlərinin qıcolmasıdır. Daha sonra qıcolmalar boyun əzələlərinə keçir və udqunmanı çətinləşdirir. Bu proses güclü əzələ gərginliyi, ürək ritminin pozulması, koma və s. ağırlaşmalarla nəticələnir. Ölüm halları çox azyaşlı uşaqlar və yaşlılar arasında qeydə alınır.

B tipli hemofil çöplər tərəfindən xəstəliklər (Hib infeksiya)

B tipli hemofil çöplər – insandan – insana hava – damcı yolu ilə keçir.Uşaqlar arasında qeydə alınan B tipli hemofil çöplər tərəfindən törədilən xəstəliklərin 90 %-dən çoxu təhlükəli infeksion xəstəliklərdir (pnevmoniya, sepsis, epiqlotit, septiki artrit, osteomielit, absess, perikardit). Xəstəliyin böyük qismi 2 yaşa qədər uşaqlar və əsasən də körpələr arasında qeydə alınır. Hib meningiti keçirmiş uşaqlar arasında qeydə alınır. Hib meningiti keçirmiş uşaqlar arasında bir sıra müalicə olunmayan ciddi nevroloji qüsurlar inkişaf edə bilər. Belə uşaqlar əqli inkişafdan geri qalma və eşitmənin itirilməsi kimi hallara məruz qalır və ömürlük əlilliyə düçar olurlar. Xəstələrin 5-10 % -də xəstəlik ölümlə nəticələnir.

Peyvəndlərdən imtina etməyin!

Hepatit B

Hepatit B – xəstəliyinin törədicisi hepatit virusudur. Bu infeksiya qaraciyəri zədələyir, kəskin və xronik hepatiti törədir. Daha ağır hallarda sirroz və qaraciyər şişləri yaranır. Bu infeksiya aşağıdakı yollarla ötürülür: qeyri-steril inyeksiya və ya əməliyyat zamanı, xəstə anadan yenidoğulmuş uşağa, yoxlanılmamış qan köçürmələri, cinsi əlaqə zamanı və s. Uşaqda bu infeksiya, adətən, əlamətsiz keçir, yoluxmuş uşaqlar daha çox xronik daşıyıcı olurlar. Yoluxmuş insanlarda, ilk növbədə, ümumi halsızlıq, mədə - bağırsaq pozğunluqları və soyuqdəymə əlamətləri özünü göstərir. Bu zaman xəstədə sidik tünd rəngli, nəcis isə ağımtıl olur, bədəndə sarılıq müşahidə olunur. Dəqiq diaqnoz qoyulması üçün xəstə həkimə müraciət etməlidir.

Difteriyanın, göyöskürəyin, tetanusun, Hib infeksiyanın və hepatit B-nin  profilaktikası

Difteriya, göyöskürək, tetanus, Hib infeksiya və hepatit B-dən qorunmanın ən effektiv yolu vaksinasiyadır. Hepatit B əleyhinə HepB vaksininin ilk dozası yenidoğulmuşlara doğuşdan sonra 12 saat ərzində vurulmalıdır.  Daha sonra uşaqlar difteriya, göyöskürək, tetanus, Hib infeksiya və hepatit B – yə qarşı 1 yaşına qədər kombinə olunmuş beşkomponenentli GDT Hib HepB vaksini ilə 3 dəfə, 2 yaşına qədər yalnız GDT (göy öskürək, difteriya, tetanus) vaksini ilə 1 dəfə, 6 yaşda yalnız DT (difteriya və tetanus) vaksini ilə 1 dəfə peyvənd olunmalıdırlar.

Çoxkomponentli vaksinin üstünlüyü bir neçə xəstəliyə qarşı vaksinlərin bir inyeksiyada yeridilməsidir.

Vərəm

Vərəm – hava – damcı yolu ilə yayılan yoluxucu xəstəlikdir, adətən, ağciyərləri, bəzən isə sümük, beyin, dəri və s. orqanları zədələyir. Vərəmin əsas əlamətləri – ümumi halsızlıq, hərarət, yüksək dərəcədə tərləmə, çəkinin itirilməsidir. Ağciyər vərəmi olan xəstədə daima öskürək, bəzən qanhayxırma və döş nahiyəsində ağrılar müşahidə olunur. Vərəm xəstəliyinə yoluxmuş xəstələr mütləq həkimə müraciət etməli və spesifik terapiya kursu keçməlidirlər.

Vərəmin profikatikası

Vərəm infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə bütün yenidoğulmuşlar 4-7 günlükdə vərəm əleyhinə BCG vaksini ilə peyvənd olunmalıdırlar. Bu peyvənd uşaqlar arasında vərəm meningiti və vərəm infeksiaysının digər ağır formalarının baş verməsinin qarşısını alır.

Poliomielit

Poliomielit – sinir sistemini zədələyən, əzələlərin iflicinə gətirib çıxaran və hətta ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Adətən, 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər. Xəstəliyin əsas əlamətləri – hərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrılarıdır. Polieomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir.

Poliomielitin profilaktikası

Təhlükənin qarşısını almaq məqsədilə uşaqlar diri oral poliomielit vaksini ilə peyvənd edilməlidirlər. Vaksin məhlul şəklində pipetlə uşağın ağız boşluğuna damızdırılır. Peyvənd uşağın 4-7 günlüyündə, sonra isə 2,3,4 və 18 aylığında edilir. Hər bir uşaq 2 yaşınadək mütləq bu vaksinin 5 dozasını almalıdır.