Uşaqların icbari dispanserizasiyası
Dispanserizasiya nədir? Uşaqların dispanserizasiyası - uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir
Dispanserizasiya nə üçün lazımdır? Müasir tibbin məqsədi xəstəlik əmələ gəlməmişdən əvvəl qabaqlayıcı tədbirlər görərək xəstəliyin yaranmasının qarşısını almaqdır. Ona görə də şikayət olmasa belə hər bir insan müəyyən fasilələrlə (əgər risk qrupuna aiddirsə daha qısa fasilələrlə) dispanser müşahidədən keçməlidir.