UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Digər mövzular barədə / MƏQALƏLƏR
Uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılması və uşaqların xəstəliklərdən qorunmasıdır.
Dispanserizasiya zamanı görülən tədbirlər:
Müalicə-sağlamlaşdırıcı tədbirlər - uşaqların sağlamlığının möhkəmləndirilməsini təmin edən müalicə və reabilitasiya;
Uşaqlara illik profilaktik baxış - uşaqların hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər tərəfindən aktiv tibbi müayinəsi;
Skrininq müayinəsi - uşaqlar arasında xəstələnmə riski və patologiyası olanların erkən aşkar edilməsi məqsədilə aparılan xüsusi diaqnostik tədqiqatlar.
İcbari dispanserizasiya tədbirləri təqvimə uyğun olaraq müşahidə ili ərzində Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir.
Yenidoğulmuşlar: həkim-pediatrın müayinəsi, doğum evindən çıxdıqdan 3 gün ərzində və sonrakı müayinələr doğuşun gedişindən asılı olaraq 7-10 gündən bir evdə, 1 aylığında poliklinikada
1 yaşadək uşaqlar: həkim-pediatr - ayda 1 dəfə, həkim-cərrah, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq və həkim-nevropatoloq 3 ayınadək - 1 dəfə, digər mütəxəssislər -ehtiyac olduqda
2 yaşlı uşaqlar: həkim-pediatr - rübdə 1 dəfə, həkim-otorinolarinqoloq, həkim-stomatoloq il ərzində 1 dəfə,digər mütəxəssislər ehtiyac olduqda
3 yaşlı uşaqlar: həkim-pediatr 6 aydan bir, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-stomatoloq, loqoped ildə 1 dəfə, digər mütəxəssislər -ehtiyac olduqda
4-5 yaşlı uşaqlar: həkim-pediatr,həkim-otorinolarinqoloq, həkim-oftalmoloq, nevropatoloq, həkim-stomatoloq, həkim-cərrah, loqopedin ildə 1 dəfə baxışı, digər mütəxəssislər ehtiyac olduqda
Sağlamlıq böyük sərvətdir. Özünüzə və yaxinlarınıza qarşı diqqətli olun və dispanserizasiyaya gəlin.
Dispanserizasiyanin nəticəsi sizin sağlamlığınızın uzunömürlü olmasıdır.