UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması
-
Xəstəliklər və onların profilaktikası
Bütün ölüm səbəbəblərinin 63%-ni qeyri-infeksion xəstəliklər (QİX) təşkil edir. Dünyada QİX əsasən ürək-damar xəstəlikləri, ankalojı xəstəliklər, xroniki respirator xəstəliklər və diabet xəstəliyi əsasən ölüm hadisələri səbəbinin 63%-ni təşkil edir. (57 milyon ölüm səbəbinin 36 milyonunu təşkil edir). QİX- nin 80%- nin ölüm hadisələri gəliri aşağı və orta səviyyədə olan ölkələrdə baş verir. 9 milyondan artıq QİX-dən ölüm hadisələrinin olması 60 yaşa qədər olan insanlar arasında baş verir. Bütün dünyada QİX-dən əsasən qadınlar və kişilər demək olar ki, eyni səviyyədə əziyyət çəkirlər. QİX-in müəyyən dərəcədə effektiv vasitələrin köməyi ilə qarşısını almaq olar, belə əsas risk faktorlarından olan tütündən istifadə, qeyri-sağlam qidalanma, fiziki aktivliyin olmaması və zərərli spirtli içkilərin istifadəsinin qarşısını almaqla aradan qaldırmaq olar.
Ətraflı -
Azərbaycanda HBSC və COSI tədqiqatları
“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” (HBSC) sorğusu Avropa və Şimali Amerikada geniş istifadə edilən və hazırda 49 ölkədə hər dörd ildən bir keçirilən araşdırmadır. HBSC şəbəkəsi 11-,13- və 15- yaşlı qız və oğlan uşaqlarının sağlamlıq və rifahı, sosial mühit və sağlamlıq davranışları haqqında məlumatları toplayır.
2022-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Uşaqlarda piylənməyə dair epidemioloji nəzarət üzrə ÜST-nin COSI (Childhood obesity surveillance initiative) təşəbbüsünü çərçivəsində Azərbaycanda ilk tədqiqat aparmışdır. COSI təxminən 15 ildir ki, ibtidai sinif şagirdləri arasında artıq bədən çəkisi və piylənmənin yaranması meyllərini təhlil etməyə kömək edir. Daha ətraflı məqalələrdə..
Ətraflı -
Ürək-damar xəstəliklərinin profilaktikası
Ürək-damar xəstəliklərinin dəyişdirilə bilməyən risk amillərinə xəstənin yaşı, cinsi və irsiyyəti aid edilir. Digər əsas risk amillərini isə dəyişmək mümkündür. Bura aiddir: qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi, tütünçəkmə, qeyri-sağlam qidalanma, mütəmadi alkoqol qəbulu və stress. İşdə və ailədə gərginlik, depressiya və həyəcan bu xəstəliklərin yaranma riskini artırır. Bir qayda olaraq, 60 yaşlı qadınlarda bu xəstəliyin inkişaf riski 50 yaşlı kişilərdə olduğu kimidir.
Ətraflı -
Tip 2 diabetin profilaktikası
Şəkərli diabet nədir? Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalanır. İnsan orqanizmi bu maddədən enerji əldə etmək üçün istifadə edilir. İnsulin adlı hormon qlükozanı orqanizmin hüceyrələrinə daşıyır. Şəkərli diabet zamanı insanlarda insulin çatışmazlığı səbəbindən şəkər hücüyrələrə daşınmır və qanda qlükozanın səviyyəsi artır. Sağlam insanın qanında ( plazmasında) şəkərin miqdarı acqarına 3,9 mmol/l (70 mq/dl)-6,1 mmol/l (110 mq/dl) arası olmalıdır və qida qəbulundan 2 saat sonra 7,8 mmol/-dən (140 mq/dl) artıq olmamalıdır. Şəkərli Diabet tip 1 zamanı orqanizmdə insulinin istehsalı dayanır. Hüceyrələrə şəkərin daşınmasını mümkün etmək üçün xəstə insulin preparatlarından istifadə etməlidir(iynə yolu ilə). Şəkərli diabet tip 2 zamanı orqanizmdə insulin lazimi miqdarda istehsal olumur və ya onun hüceyrələrə təsiri azalır. Belə xəstə şəkərsalıcı preparatlarla müalicə olunmalıdır. Şəkərli deiabetlə bağlı daha ətraflı səhifədə tanış ola bilərsiz.
Ətraflı -
Qalxanabənzər vəzi xəstəliklərinin profilaktikası
Qalxanabənzər vəz - insan orqanizmində hormonlar ifraz edən vəzlərdən ən böyüyüdür. Qalxanabənzər vəz orqanizmin, demək olar ki, bütün funksiyalarının idarə olunmasında iştirak edir. Qalxanabənzər vəz 3 hormon ifraz edir: triyodtironin, tiroksin və kalsitonin. Bu hormonlar nəfəsalma, yuxu, qida qəbulu, hərəkət və s. proseslərə təkan verir, uşaqlarda boy artımına və psixi inkişafa bilavasitə təsir göstərir. Buna görə də qalxanabənzər vəzin hormonlarının çatışmazlığı boy artımının ləngiməsinə və psixikada ağır pozuntulara səbəb olur. Daha ətraflı məqalələrimizdə..
Ətraflı -
Ağciyər xəstəliklərinin profilaktikası
2012 – ci ildə ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) dünyada 3 milyondan çox insan vəfat etmişdir ki, bu da həmin ildə bütün dünyada olan ölüm hallarının 6 %-ni təşkil edir. AXOX-dan ölüm hallarının 90%-i zəif və orta inkişaf etmiş ölkələrin payına düşür, çünki bu ölkələrdə AXOX–a qarşı effektiv profilaktika və mübarizə tədbirləri ya çox zəif aparılır, ya da heç aparılmır. AXOX–un əsas səbəbi tütün tüstüsüdür (tütünçəkmə və ya onun tüstüsü ilə nəfəs alma nəticəsində yaranır). AXOX diaqnozu qoyulmuş olunmayan xəstəlikdir, lakin müalicə ilə xəstəliyin inkişafını ləngitmək mümkündür. AXOX nədir? bu və digər ağciyər xəstəlikləri və onların profilaktikası barəsidə səhifəmizdə məlumatlar əldə edə bilərsiz.
Ətraflı -
Dayaq-hərəkət sistemi xəstəliklərinin profilaktikası
Sümük orqanizmdə mühüm struktur rol oynayır: Kalsium və fosfat duzlarının çökməsi nəticəsində minerallaşan sümük öz struktur möhkəmliyini əldə edir. Döldə sümüyün 2/3 hissəsinin minerallaşması hamiləliyin üçüncü üç aylıq dövründə bətndaxili baş verir. Doğumdan başlayaraq yetkinliyədək (orta hesabla, qızlar üçün 12.5 yaşa, oğlanlar üçün isə 14 yaşadək) sümüyün mineral tərkibi 40 dəfə artır, 18 yaşında isə sümük kütləsi təxminən 90%-ə çatır. Ardı məqalələrimizdə..
Ətraflı -
Onkoloji xəstəliklərin profilaktikası
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən onkoloji xəstəliklər bütün dünyada xəstələnmələrin və ölüm hallarının əsas səbəblərindəndir. Belə ki, 2012-ci ildə xərçənglə bağlı 14 milyon yeni xəstələnmə və 8,2 milyon ölüm halı baş vermişdir. Ölüm hallarına əsasən onkoloji xəstəliklər ürək-damar xəstəliklərindən sonra ikinci yerdə durur. 2012-ci ildə kişilərdə daha çox ağciyərlərin, prostat vəzisinin, düz bağırsağın, mədə və qaraciyər xərçəngi təyin edilmişdir. Qadınlarda isə daha çox süd vəzilərinin, düz bağırsağın, ağciyərlərin, uşaqlıq boynunun və mədə xərçəngi diaqnozu qoyulmuşdur. Xərçəng yalnız bir hüceyrədən inkişaf edir. Sağlam hüceyrənin şişə çevrilməsi çoxmərhələli prosesdir.. Bu dəyişikliklər insanın genetik faktorları və üç kateqoriya xarici amillərin qarşılıqlı təsiri nəticəsində yaranır.
Ətraflı -
-
Göz xəstəliklərinin profilaktikası
Həyatın erkən mərhələrində uşaqlarda bir çox mühüm göz xəstəlikləri yarana bilər. Yalnız dəqiq müayinə və düzgün müalicənin aparılması nəticəsində uğurlu nəticə əldə etmək olar. 0-16 yaşlı uşaq və yeniyetmələrin gözlərini qorumaq üçün onların aşağıda qeyd edilmiş tezlikdə mütəmadi olaraq müayindən keçməsi vacibdir: 1 yaşında məktəbə getməzdən əvvəl və məktəbdə oxuyan zaman.
Ətraflı -
İnfeksion xəstəliklərin profilaktikası
Yoluxucu xəstəliklər (“infectio” – infeksiya) patogen (patogen) mikroorqanizmlərin orqanizmə daxil olması nəticəsində yaranan xəstəliklər qrupudur. Bu günə qədər elmə məlum olan yoluxucu xəstəliklərin sayı 1200-ü ötür və bu rəqəm durmadan artır. İnsan həyatı boyu saysız-hesabsız mikroorqanizmlərlə təmasda olur. Lakin mikrobların yalnız 1/30.000-i yoluxucu xəstəliklərin törədicisi olur. Bunlar patogen xüsusiyyətləri olan göbələklər, bakteriya, rikketsiya və viruslardır. Yoluxucu xəstəliklərin yayılmasının intensivliyi əsasən sosial amillərdən: iş şəraitindən, qidalanmadan, mənzil şəraitindən, əhalinin mədəni və iqtisadi səviyyəsindən asılıdır.
Yoluxucu xəstəliklər qeyri-infeksion xəstəliklərdən onunla fərqlənir ki, infeksion xəstəliklərdə patogen və orqanizm müəyyən bioloji aktivliyə malikdir. Patogen mikroorqanizm güclü qıcıqlandırıcıdır, bunun nəticəsində bədəndə mürəkkəb bir proseslər baş verir. Bu proseslərin əvvəlində iki əsas faktor rol oynayır - bədənin fizioloji vəziyyəti və yoluxucu xəstəliyin törədicisi. Hər bir konkret halda bu əlaqələr arasındakı nisbətlər yoluxucu prosesin mərhələsindən, fazasından, inkişaf dövründən asılı olaraq fərqli ola bilər.
Ətraflı -
-
Qrip və digər kəskin respirator virus infeksiyaların, mövsümi epidemiyaların profilaktikası
Qrip (influenza) – qrip virusunun törətdiyi xəstəlikdir. Bu virusun müxtəlif növləri var. Qrip öskürmə və ya asqırma zamanı hava-damcı yolu ilə digər insanlara ötürülür. Virusun mövcud olduğu səthlərə təmas edilən zaman yoluxma halı yüksəkdir. Ona görə də qrip sürətlə yayıla bilən bir xəstəlikdir.
Qripin əlamətlərinə yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq daxildir. Xəstəlik adətən 2-7 gün davam edir. Qripə yoluxan insanların əksəriyyəti tamamilə yaxşılaşır. Bəzən isə, tənəffüs yollarının infeksiyası və ya pnevmoniya ilə bağlı şikayətlər meydana çıxır.
Xəstəliyin ağırlaşmalarına körpələr, yaşlılar, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlər, hamilə qadınlar, eləcə də immun sistemi zəif olan şəxslər arasında daha tez-tez rast gəlinir. Bəzən ağırlaşmalar ölümlə nəticələnə bilər.
Ətraflı -
Bağırsaq infeksiyalarının profilaktikası
Kəskin bağırsaq infeksiyası mədə və bağırsağın selikli qişasına təsir edən virus və bakteriyaların yaratdığı xəstəliklər qrupudur. Bağırsaq infeksiyaları həzm sistemi pozulmalarına, ürək bulanması, qusma, qastrit, kəskin ishal və nəticədə orqanizmin susuzlaşmasına və ümumi olaraq vəziyətin ağırlaşmasına səbəb ola bilər. Xarakterik simptomlara həmçinin ümumi intoksikasiya (zəhərlənmə) da daxildir, bu da yüngül, orta və ya ağır ola bilər. Xəstəlik uşaqlara, böyüklərə və yaşlılara təsir göstərir. Bütün yaş kateqoriyalarından olan xəstələr arasında bağırsaq infeksiyalarının ən çox görülən növləri bunlardır:
* Rotavirus infeksiyası. Xəstəliyin mənbəyi bağırsaq, mədə qripi, enteriti təhrik edən rotaviruslardır.
Ətraflı
* Norovirus infeksiyası
* Dizenteriya (şigellyoz)
* Stafilokokk qida zəhərlənməsi
* Salmonellyoz
* Botulizm -
İİV/QİÇS və cinsi yolla keçən xəstəliklərin profilaktikası
İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və hepatit XX əsrdə milyonlarla insanın həyatına son qoymuşdur. Bu problem bu gün də aktual olaraq qalır. Hər gün minlərlə insan İİV-ə və hepatitə yoluxma təhlükəsi ilə üzləşir. Ən təhlükəlisi isə odur ki, hər iki xəstəliyə eyni vaxtda tutulmaq ehtimalı çox yüksəkdir.
Bilirsənmi niyə? Ona görə ki, həm İİV-in, həm də hepatit B, C-nin yoluxma və yayılma yolları demək olar ki, eynidir! Məhz bu səbəbdən İİV-ə yoluxma təhlükəsilə üzləşən insan çox vaxt hepatitə də yoluxa bilər. Eləcə də hepatitə yoluxma riski ilə qarşılaşan insan İİV-ə yoluxma təhlükəsilə də üzləşir.
İİV-dən özünü qoru! Bil ki, bununla sən hepatit B və C-dən də qorunarsan.
Ətraflı -
Vərəmin profilaktikası
Vərəm – vərəm mikobakteriyaları ilə törədilən, vaxtında və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə gətirib çıxaran infeksion xəstəlikdir. Vərəm insanın müxtəlif orqan və toxumalarını – gözləri, sümükləri, oynaqları, dərini, sidik-cinsiyyət sistemini, limfa düyünlərini, bağırsaqları və s. zədələyə bilər.
Ətraflı -
Stomatoloji xəstəliklərin profilaktikası
Diş əti xəstəlikləri diş ətinin və dişi əhatə edən toxumaların iltihabıdır. Diş ətinin iltihabı gingivit adlanır. Xəstəliyin tipik əlaməti dişətinin rənginin tünd-qırmızımtıl olması, dişətinin həcmcə böyük olması və dişətinin qanamasıdır. Ağız gigiyenasına düzgün və müntəzəm qulluq edilmədikdə dişlərin səthində yığılan bakteriyaların diş əti altına keçərək diş ətini iltihablaşmasına səbəb olur. Diş əti xəstəliyinin ilkin mərhələsində yumşaq diş fırçası ilə dişləri ehtiyyatla fırçalamaq, diş saplarından istifadə etmək lazımdır. Xəstəlik əgər müalicə edilməzsə, dişətinin altında və üstündə diş daşları əmələ gəlir. Daha ətraflı məqlələrdə...
Ətraflı