İİV/QİÇS və cinsi yolla keçən xəstəliklərin profilaktikası

İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və hepatit XX əsrdə milyonlarla insanın həyatına son qoymuşdur. Bu problem bu gün də aktual olaraq qalır. Hər gün minlərlə insan İİV-ə və hepatitə yoluxma təhlükəsi ilə üzləşir. Ən təhlükəlisi isə odur ki, hər iki xəstəliyə eyni vaxtda tutulmaq ehtimalı çox yüksəkdir.

Bilirsənmi niyə? Ona görə ki, həm İİV-in, həm də hepatit B, C-nin yoluxma və yayılma yolları demək olar ki, eynidir! Məhz bu səbəbdən İİV-ə yoluxma təhlükəsilə üzləşən insan çox vaxt hepatitə də yoluxa bilər. Eləcə də hepatitə yoluxma riski ilə qarşılaşan insan İİV-ə yoluxma təhlükəsilə də üzləşir.

İİV-dən özünü qoru! Bil ki, bununla sən  hepatit B və C-dən də qorunarsan.