Ekologiya, su və havanın çirklənməsi

Havanın çirklənməsi insan sağlamlığı üçün ən ciddi ekoloji təhdidlərdən biridir. Havanın çirklənməsini azaltmaq üçün tədbirlər görməklə ölkələr insult, ürək xəstəlikləri, ağciyər xərçəngi, astma da daxil olmaqla xroniki və ya kəskin respirator xəstəliklər kimi xəstəliklərin yükünü azalda bilər. Ətraf mühitin və qapalı havanın çirklənməsinin birgə təsiri ildə 6,7 milyon vaxtından əvvəl ölümə səbəb olur. 2019-cu ildə açıq havanın çirklənməsinin dünya üzrə 4,2 milyon vaxtından əvvəl ölümün səbəbi olduğu təxmin edilir. Bu vaxtından əvvəl ölümlərin təxminən 89%-i aşağı və ya orta gəlirli ölkələrdə, əsasən ÜST-nin Cənub-Şərqi Asiya və Qərbi Sakit okean regionlarında baş verib. Havanın çirklənməsinin əsas mənbələrinin təsiri daha təmiz nəqliyyat növlərini təşviq edən, binaların, elektrik enerjisinin və sənayenin enerji səmərəliliyini yaxşılaşdıran və məişət tullantılarının idarə edilməsi sistemlərini təkmilləşdirən siyasətlər və investisiyalar vasitəsilə azaldıla bilər. Bəzi bölgələrdə məişət təmiz enerji sistemləri də ətraf havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldacaq.

MƏQALƏLƏR
ÇAP MATERİALLARI
VİDEOLAR
Bunu hər kəs bilməlidir: Səs-küyün təhlükələri.

 Şagirdlər nəyə diqqət etməlidir?

TEZ-TEZ VERİLƏN SUALLAR

Sağlam olmayan ətraf-mühit əsasən hansı xəstəliklərə yol açır?

Sağlam olmayan ətraf-mühit  daha çox xərçəng, ürək-damar xəstəlikləri, bronxial astma halları, aşağı tənəffüs yollarının infeksiyaları, dayaq-hərəkət aparatı xəstəliklərinə səbəb olur. .

Suyun çirklənməsinin qarşısını almaq üçün hansı məsləhətlər verə bilərsiz?

  • Təbii ehtiyatlarla daha diqqətli davranmağı öyrənmək,
  • Daha təkmil su təmizləmə mexanizmlərinin yaratmaq,
  • Sənayedə tullantısız texnologiyaların tətbiqi, təmizlənmiş tullantı sularının təkrar istifadəsi (məsələn, kənd təsərrüfatında) və s.

Passiv tütünçəkmə havanı çirkləndirir, bəs sağamlığa hansı ziyanlı təsirləri var?

Uşaqlar ikincili tütün tüstüsünə məruz qaldıqları zaman qulaq infeksiyası, pnevmoniya, astma tutmaları kimi xəstəliklərdən daha çox əziyyət çəkirlər. İkincili tüütn tüstüsünə məruz qaldığı halda yeni doğulmuş uşağın körpəlik dövründə ölüm ehtimalı yüksəkdir.

Ətrafın səs-küyünün orqanizmə ziyanlı təsirini necə azaltmaq olar?

Səs-küy problemini həll etməyin effektiv yolu maşınların texnologiyasını və dizaynını dəyişdirərək mənbənin özündə onun səviyyəsini azaltmaqdır. Bu tip tədbirlərə səs-küylü proseslərin səssiz proseslərlə, zərbə proseslərinin təsirsiz olanlarla əvəz edilməsi, məsələn, perçinləmənin lehimləmə ilə əvəz edilməsi, döymə və ştamplamanın təzyiqlə işlənməsi; bəzi hissələrdə metalın səssiz materiallarla dəyişdirilməsi, vibrasiya izolyasiyasının, səsboğucuların, amortizatorların, səs keçirməyən korpusların istifadəsi və s.