UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Ekologiya / MƏQALƏLƏR

Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır

Dünya sakinlərinin 99 faizi çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş normaları üstələyən və insan sağlamlığına təhlükə yaradan hava ilə nəfəs alır. Hazırda hava keyfiyyətinin monitorinqi 115-dən çox ölkənin 6 mindən artıq şəhərində aparılır.

Çirklənmiş havada yüksək miqdarda kiçik bərk hissəciklər və azot dioksid qeyd olunur, üstəlik ilk növbədə bu aşağı və ya orta gəlir səviyyəli ölkələrə aiddir. ÜST yer altından çıxarılan yanacaqdan istifadəni məhdulaşdırmağa və havanın çirklənmə səviyyəsinin azaldılması üçün digər tədbirləri görməyə çağırır.

Bu, 2022-ci ildə havanın keyfiyyəti barədə ÜST-nin yenilənmiş məlumat bazasından olan məlumatlardır. Həmin məlumat bu il “Bizim planetimiz, bizim sağlamlığımız” şüarı altında keçiriləcək Ümumdünya sağlamlıq günü ərəfəsində yerləşdirilib. Bu baza dünyada havanın vəziyyətinin monitorinqinin aparılması üçün yaradılıb və davamlı inkişaf sahəsində Məqsədlərə nail olunmasında irəliləyişin izlənilməsi üçün istifadə edilir.

“Havanın çirklənməsi səbəbindən hər il 7 milyon insan həyatını itirir – onların ölümünün, eləcə də saysız-hesabsız xəstəliklərin qarşısını almaq olardı”, – deyə ÜST-nin ətraf mühit, iqlim dəyişməsi və sağlamlıq Departamentinin direktoru Mariya Neyra vurğulayıb.

Hətta bir çox hava çirkləndiricilərinin aşağı səviyyədə olması sağlamlığa əhəmiyyətli dərəcədə ziyan vurur. Bərk hissəciklər ürək-damar və tənəffüs sistemlərinə təsir edərək ağciyərlərə dərindən nüfuz edə və qan dövranı sisteminə daxil ola bilir. Alimlər hesab edirlər ki, bərk hissəciklər bir sıra digər orqanlara da təsir edirlər. Havada azot dioksidin olması tənəffüs yolları xəstəliklərinə, xüsusən də astmaya səbəb olur.

“Yer altından çıxarılan yanacağa olan yüksək qiymətlər, enerji təhlükəsizliyi və səhiyyə sahəsində ikili məsələnin - havanın çirklənməsi və iqlim dəyişikliyinə əks təsir göstərməyin həll edilməsində mühüm zərurət - yer altından çıxarılan yanacaqdan daha az asılı olan dünyaya doğru daha sürətli hərəkət etməyin vacib ehtiyacını vurğulayır”, – deyə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib.

Hökumətlər tərəfindən havanın keyfiyyətini yaxşılaşdırmaq üçün atıla biləcək addımlara ÜST tövsiyələrinə uyğun olan milli standartların tətbiqi, havanın keyfiyyətinin monitorinqi, yalnız ekoloji cəhətdən təmiz məişət enerjisindən istifadəyə keçid, nəqliyyat vasitələrinin emissiyaları və səmərəliliyi sahəsində ciddi standartlar, eləcə də enerji nöqteyi-nəzərdən effektiv mənzil və elektrik enerjisi istehsalına investisiyalar daxildir.