Məktəbdaxili zorakılıq

Məktəbdaxili zorakılıq məktəbdə uşaqlar, müəllimlər və ya digər şəxslər tərəfindən təhqir olunma, alçaldılma, fiziki işgəncə  və ya digər xoşa gəlməz hərəkətlərə yol verilmə deməkdir. Məktəbdaxili zorakılığa uğramamaq, zorakılığa məruz qalarkən hansı addımlar atmaq barədə bu səhifədə ətraflı məlumatlar oxuya bilərsiz.

 

MƏQALƏLƏR
VİDEOLAR
Uşaq zorakılığı nədir?

   

TEZ-TEZ VERİLƏN SUALLAR

Psixi işgəncəyə nələr daxildir?

İşgəncə vermənin və ya uydurulmuş edam səhnəsinin nümayiş etdirilməsi, işgəncə vermədə iştiraka məcbur etmə, təcrid etmə və s. Uzunmüddətli psixi işgəncə çox vaxt fiziki işgəncəyə çevrilir. Təkrar olunan qorxulu yuxular, qorxu hissi, utancaqlıq və s. şəxsdə özünü büruzə verir və insanı normal həyat imkanlarından məhrum edir.

Məktəbdə tez-tez lağa qoyulan uşağa nə etməlidir?

Əgər məktəbdə həmyaşıdların tərəfindən lağa qoyulur, təhqir edilir və ya fiziki işgəncəyə məruz qalırsınızsa bu barədə ilk növbədə sinif rəhbərinizə və valideyninizə bildirin. Onlar sizə problemdən qurtulmaqda kömək edəcək və dəstək olacaqlar. Unutmayın! Sizə xoş gəlməyən vəziyətə dözmək məcburiyyətində deyilsiniz!

Uşaqlar dərslərimə hazır olmayanda mənə xoşa gəlməz (bacarıqsız, gerizəkalı) sözlər deyir. Belə sözlər mənə çox pis təsir edir.

Əgər məktəbdə sinif yoldaşlarınız, müəllimə və ya digər şəxslər tərəfindən zorakılığa (təhqir olunma, itələmə, təpikləmə, təcrid olunma və s. sizi incidən hər hansı bir vəziyyətə) məruz qalırsınızsa bu barədə valideynlərinizə söyləyin. Zorakılığa qarşı susmaq və dözmək yolverilməzdir. Sizi incidən hallara sussanız belə halların davam edəcəyi və daha kəskin hal alacağı ehtimalı yüksəlir. Zorakılıqla üz-üzə qalarkən bunu doğmalarınızdan gizlətməyin və çıxış yolunun hər zaman olduğunu bilin!