UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Məktəbdə zorakılıq barədə ümumi məlumat

Zorakılıq həm kütlənin, həm də təcavüzkarın fərdi xüsusiyyətlərindən, eləcə də iştirak edən digər şəxslərin reaksiyasından və hərəkətlərindən təsirlənən çox ölçülü bir hadisədir. Zorakılığa həm itələmək, təpikləmək kimi bir-başa həm də sosial manipulyasiya kimi yəni, məsələn, qrupdan kənarlaşdırılıb izolyasiya etmə və ya şayiələr yaymaq kimi dolayı yol ilə olunan növləri vardır. Məktəbdəki zorakılıq həm fiziki, həm də zehni zorakılığa paralel ola bilər ki, bu da tez-tez məktəbin fəaliyyətinə təsir edir və məktəbdən  yayınma hallarına gətirib çıxarır. Bir qayda olaraq, oğlanlar daha çox zorakılıqla qarşılaşırlar, qızların qarşılaşdığı zorakılıq daha çox dolayı və insan münasibətləri ilə əlaqələndirilir. Artıq çəkili, depresiya və ya öyrənmə çətinliyi olan uşaqlar, habelə məktəbə yeni gələnlər kimi müəyyən mənada fərqli olan uşaqlar daha çox zorakılığın hədəfinə çevrilirlər.

Müxtəlif araşdırmalara görə  bütün şagirdlər 1/10–1/3 hissəsi məktəbdə təhqir olunurlar. Uşaqların üçdə birinin məktəbdə təhqir edildiyi bildirilən bir Fin araşdırmasında, valideynlərin yalnız beşdə biri müəllimlərin isə 10%-i bu zorakılığı görmüşdür.Təhqir olunan uşaqlar çox vaxt tək qalırlar. Yetkinlər ümumiyyətlə, zorakılıq barədə bilmirlər və müdaxilə tədbirləri çətin olur. Erkən məktəb yaşlarında  olan uşaqlar böyüklərə təhqir edildiklərini daha rahat söyləyə bilirlər, lakin böyük uşaqlar bunu gizlətməyə çalışırlar. Zorakılıq müdaxilə edilmədiyi təqdirdə davam etmək meylinə malikdir. Davam etmə xüsusilə həm zorakılıq edən, həm də zorakılığa məruz qalan uşaqlar arasında geniş yayılmışdır.

Başqalarına zorakılıq göstərən və ya məruz qalan uşaqların bir çox psixoloji problemləri olur. Psixi simptomlar, özlərini təhqir etməkdən əlavə başqalarını zorlayan uşaqlarda ən çox rast gəlinir. Zorbalıq nə qədər çox davam edərsə və nə qədər ağır olarsa psixoloji problemləri bir o qədər əlaqəli olacaqdır. 

Uşaqlıq dövründə yaşanan sataşmalar ilə bağlı təkrarlanan ciddi problemlər sonradan depresiya və özünü məhv edən davranışla əlaqələndirilir. Sonrakı zehni problemlərin əmələ gəlməsində cinslər arasındakı fərq də öyrənilmişdir. Xüsusilə qızlarda, məktəbdə ilk illərdəki ciddi zorakılıq prolemləri (birmənalı şəkildə tanınan psixi pozğunluq olmadan) daha sonralar intihara meyillilik, psixiatrik xəstəxanaya ehtiyac və yetkin yaşda psixiatrik dərmanlardan istifadənin meydana gəlməsi üçün risk faktorudur. Ciddi şəkildə zorakılığa məruz qalan və zorakılıq göstərən oğlan uşaqları da psixoloji cəhətdən təsirlənmiş olanlardır və böyük bir qisminin gələcəkdə psixiatrik yardıma ehtiyacı olur. Sonrakı həyatda bu qəzəb cinayətkarlığa sürüklənir və ya ortalama əhaliyə nisbətən daha çox spirtli içki istifadəsinə məruz qalır. Digər tərəfdən zərər çəkmiş şəxslərin müxtəlif psixoloji problemlərə, özünə hörmətlə bağlı problemlərə, insan və cütlük münasibətlərindəki çətinliklərə meyilli olduqları bildirilir.

Əgər məktəbdə sinif yoldaşlarınız, müəllimə və ya digər şəxslər tərəfindən zorakılığa (təhqir olunma, itələmə, təpikləmə, təcrid olunma və s. sizi incidən hər hansı bir vəziyyətə) məruz qalırsınızsa bu barədə valideynlərinizə söyləyin. Zorakılığa qarşı susmaq və dözmək yolverilməzdir. Sizi incidən hallara sussanız belə halların davam edəcəyi və daha kəskin hal alacağı ehtimalı yüksəlir. Zorakılıqla üz-üzə qalarkən bunu doğmalarınızdan gizlətməyin və çıxış yolunun hər zaman olduğunu bilin!