UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Gənclər və sülh mədəniyyəti

Münaqişənin dəyişdirilməsi, barışıq, sülh təhsili və xatırlama zorakılıqdan azad və sülh mədəniyyətinin olduğu bir həyat üçün ümidi olan fəaliyyətlərin bir hissəsidir. Biz keçmişdən öyrənməliyik və əvvəlki nəsillərin yaşadıqları insanlığa qarşı baş verən dəhşətli hadisələrin qarşısını almaq üçün səy göstərməliyik. Dünyanın bəzi yerlərində hələ də yerli müharibələr və silahlı münaqişələr mövcuddur. Müdafiəsiz olmadığımızı və zorakılığın aradan qaldırılması üçün vasitələrimiz olduğunu bilmək rahatdır. Bu dəyişiklikdə gənclər mühüm rol oynayır.

Yalnız demokratiya, qanun və insan hüquqlarına əsaslanan cəmiyyətlər davamlı uzunmüddətli stabillik və sülh təmin edə bilər. Thorbjørn Jagland, Avropa Şurası Baş Katibi

Avropa Şurası sosial ədalətin təşviq edilməsi, zorakı münaqişələrin törədilməsinin,  müharibələr və terrorist fəaliyyətlərinin qarşısını almaq üçün çalışır. Təşkilat siyasi liderləri və vətəndaş cəmiyyətini zorakılıq mədəniyyəti əvəzinə sülh mədəniyyətini qurmaq və qidalandırmağa təşviq edir və zorakılığın nəticələri, dinc bir gələcəyin perspektivləri, demokratiyanın əhəmiyyəti və demokratik bacarıqlar barədə məlumatlılığı artırır, həmçinin humanizm, insan ləyaqəti, azadlıq və həmrəyliyi təşviq edir.
Avropa Şurasının gənclər sektorunun mədəniyyətlərarası təhsil, konflikt transformasiyası və insan hüquqları üzrə təhsil sahəsində çalışmaqda 40 illik təcrübəsi var.

Avropa Şurası Nazirlər Komitəsinin Mədəniyyətlərarası dialoqa dair "Birlikdə bərabər şəkildə ləyaqətlə yaşamaq" adlı Layihə sənədinin qəbul edilməsi bu yanaşmaların siyasi əhəmiyyətini təsdiq etdi və mədəniyyətlər arasında dialoqun inkişafı və qorunması üçün dialoqa ehtiyac olduğunu vurğuladı.

Gənclər üzrə məsul Avropa Nazirlərinin 7-ci Konfransı (Budapeşt, 2005) gənclər siyasətinin zorakılığa qarşı cavabına həsr edilmişdir. Son bəyannam ədə nazirlər, digər məsələlərlə yanaşı, zorakılığın bütün növlərinin və onların insanlara təsirinin qeydə alınması, zorakılığın qarşısının alınması strategiyalarının inkişaf etdirilməsi və gənclərin zorakılığın qarşısının alınmasında aktorlar olaraq tanınmasının zəruriliyi barədə razılığa gəliblər. Bu sahədə məsuliyyət duyğusunu yüksəltmək və onların iştirakını və əməkdaşlığını fəal şəkildə təşviq etmək lazımdır. Bəyannamədə həmçinin insan haqları təhsili zorakılığın qarşısının alınmasının vacib ölçüsü kimi tanınır.
Nazirlər konfransı gündəlik həyatda zorakılığa qarşı bir layihənin nəticəsi idi və o, Canlı Kitabnxana təşkilatçıları üçün təlimat kitabı kimi şiddətin qarşısını alınması üzrə müxtəlif təhsil vasitələri, o cümlədən təşəbbüslə nəticələndi. Sülh səfirləri olaraq biz öz ölkəmizdə və Avropada Avropa Şurasının gözü olmalıyıq.
Zlata Kharitonova, Gənc Sülh Səfirlərinin iştirakçısı

Avropa Şurasının gənclər sektoru münaqişənin həlli və sülh təhsilini təşviq edən, gənclərin rəhbərlik etdiyi layihələri dəstəkləmişdir. 2004-cü ildən bəri Gənclərin Sülh Düşərgəsi fəaliyyət göstərir və fərqli ziddiyyətli sahələrdə gəncləri bir araya gətirməklə onların ortaq, adətən çox ağrılı, dəyərləri və təcrübələri, paylaşdığını başa düşməsinə və dialoqa cəlb olunmasına şərait yaradır. Proqram, gənc liderlərə qərəzli fikirlər, təcavüzkar və eksklüziv millətçilik formaları ilə mübarizə, mədəniyyətlərarası təlim və insan hüquqları təhsilinin həyata keçirilməsinə kömək edir. Bəzi iştirakçılar həyatlarında ilk dəfə "digər tərəfdən" gənclərl ə üz-üzə danışırlar. Düşərgə hər il Avropa Gənclər Mərkəzində və bəzən üzv ölkələrdə keçirilir.

Sülh maarifləndirilməsinin genişləndirilməsi

2011-ci il Gənclər Sülh Düşərgəsindən sonra İsrail və Fələstinlilərin altı iştirakçısı atəşkəs və ya "yaşıl xətt"d ə görüşmək qərarı verdilər. Hər ay hər iki tərəfdən digər gənclər, günortadan sonra, müzakirəl əri, şəxsi hekayələrin paylaşılmasını və əyləncəli vaxt keçirilməsini təmin edən görüşə qoşulurlar. Birgə qrup olaraq onlar x əttin hər iki tərəfində icma işinə qoşulurlar, hər dəfə müxtəlif tərəfdə müxtəlif icmada, lakin həmişə davam edən münaqişənin təsirinə məruz qalmış icmanın işində iştirak edirlər.

2011-ci ildə başlanan Gənclər Sülh Səfirləri layihəsi gənc liderləri gənclər ilə münaqişəli vəziyyətlərin reallıqlarını dəyişdirməyi hədəfləyən, təməl s əviyyədə xüsusi sülh təhsili layihələrində iştirak etməyə cəlb edir. Layihə münaqişəli bölgələrdə və icmalarda mövcudluğu möhkəmləndirən və Avropa Şurasının dəyərlərini inkişaf etdirən xüsusi təlim keçmiş gənclər şəbəkəsinə əsaslanır.

Nifrətdən xilas olmaq
Son iki ildə Serbiyanın çox mədəniyyətli bir şəhəri olan Prijepolje küçələri xaricilərə və müxtəlif dinlərə (Müsəlman və Ortodoks) qarşı nifrətlə dolu "səhv" qrafiti ilə əhatə olunmuşdu. Qrafitinin əksəriyyəti 2 müxtəlif xuliqan qrupdan olan oğlanlar tərəfindən yazılmışdır.
Layihəm müxtəlif yerlərdə yayılmış nifrətli qrafitini aradan qaldırmaq üçün qrafitidən istifadə edərək, şəhəri yenidən bəzəyən bir xuliqan qrup və etnik/dini azlıqlardan 14-18 yaşlarında olan 10 oğlanı bir araya gətirir. Bunu edərkən, sülh qurulması üzrə sənədli bir film çəkiləcəkdir. Bu layihə sülhün bərqərar olması, qarşılıqlı anlaşma və dözümlülük üçün güclü bir əsas yaratmağa kömək etməlidir. Edo Sadikoviç, JUMP təşkilatı, Serbiya (Gənc Sülh Səfirlərinin layihəsi)