Yeniyetmə psixologiyası

Yeniyetməlik uşaq üçün ən çətin dövrlərdən biri hesab olunur. Çünki bu zaman orqanizm uşaqlıq dövründən yeniyetməlik dövrünə keçid edir və orqanizmin inkişafında ciddi dəyişikliklər baş verir. Lakin, yeniyetmələr yalnız fizioloji cəhətdən dəyişikliklər yaşamırlar, eyni zamanda bu yaşda olan uşaqlar özlərini, həyat yollarını, həyatda öz yerini və sosial mövqeyini tapmağa çalışırlar. Ona görə yeniyetmələr psixoloji problemlər yaşaya, gərgin anlarda özlərini itirə və stress keçirə bilərlər. Öz psixi və fiziki durumunu anlamaqda, stress və gərginlikdən çıxış yolları tapmaqda bu səhifədəki məqalələr sənə yardımçı ola bilər.

MƏQALƏLƏR
VİDEOLAR
Depressiya nədir?

   

TEZ-TEZ VERİLƏN SUALLAR

Depressiyaya nə səbəb olur?

Depressiyanın dəqiq səbəbi məlum deyil. İstənilən şəxsdə depressiya yarana bilər. Bəzi insanlar buna meyillidir və bu bəlli bir səbəbdən yarana bilər. Sizin xüsusi bir probleminiz və ya narahatlığınız olmaya bilər, amma əlamətlər  tamamilə gözlənilmədən yarana bilər. Beləliklə, insanları başqalarına nəzərən daha  çox depressiyaya meyilli edən bununla bağlı bəzi genetik faktorlar ola bilər. “Genetik” sözü ailədə mövcud olan və ailə daxili ötürülən vəziyyət deməkdir.

Depressiya nə dərəcədə geniş yayılıb?

Depressiya yaşından, cinsindən, gəlir və təhsil səviyyəsindən asılı olmayaraq hər kəsdə baş verə bilər.

•  Uşaqlarda depressiya: depressiya yetkinlik yaşına çatmayan uşaqların 1%-də, yetkinlik yaşına çatmış gənclərin isə təqribən 3%-də müşahidə olunur.

•  Yeniyetmə qızların yeniyetmə oğlanlara nisbətən depressiyaya düşmə ehtimalı iki dəfə çoxdur.

• Depressiyadan əziyyət çəkən uşaq və böyüklərin əksəriyyətində tez-tez psixoloji, təhsil və ailə ilə bağlı problemlər yaşanır.

Yeniyetmə intihar haqqında düşüncələri özündən necə uzaqlaşdıra bilər?

Əgər yeniyetmədə intihara cəhd haqqında fikir yaranıbsa o ilk öncə öz təhlükəsizliyini təmin etməli və dəstək almaq üçün tədbirlər görməlidir. İlk öncə görüləcək tədbirlər bunlardır:

 Ünsiyyət qurun:

Valideyn, müəllim, məktəb psixoloqu, dost və ya digər yaxın etibar etdiyiniz böyüklərdən biri ilə ünsiyyət qurun. Hisslərinizi və narahatlıqlarınızı ifadə etmək sizə yaşadığınız hadisələrin öhdəsindən gəlməyə kömək edə bilər.

 Peşəkar yardıma müraciət edin:

İntihar haqqında düşüncələri beyninizdən çıxara bilmirsinizsə bu hisslərin öhdəsindən gəlmək və həll yolunu tapmaq üçün psixoloq, psixiatr və ya digər tibb mütəxəssisinə müraciət edin.

Sosial mediada az vaxt keçirin:

Sosial mediadan həddindən artıq istifadədən çəkinin, çünki bu, depressiya və təklik hisslərini artıra bilər. Ünsiyyətinizi və emosional rifahınızı təşviq edən fəaliyyətlərlə daha çox məşğul olun. Sosial şəbəkələrdə təhlükəli ideyaları təbliğ edən, o cümlədən dünyanın sonu, intihar oyunları və s. bəhs edən qruplarla ünsiyyətdən çəkinin.

Yardım istəməkdən çəkinməyin:

İntihar düşüncələri ilə təkbaşına mübarizə apara bilməyəcəyinizi hiss edirsinizsə, kömək istəməkdən çəkinməyin. Bu çətin dövrdə sizə dəstək və köməklik göstərə biləcək etibarlı insan və ya peşəkarlarla əlaqə saxlayın.

Koqnitiv inkişaf nə deməkdir?

Yeniyetmələr daha mücərrəd, məntiqli və çevik düşünməyə başlayırlar. Yeniyetmə “Həyatın mənası nədir?” və ya "Mənim məqsədim nədir?" kimi çətin fəlsəfi suallar verməyə başlaya bilər. Bu, tənqidi təfəkkürün inkişafında mühüm mərhələdir və yeniyetmə bunu etməyə təşviq edilməlidir.