UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR
Yəqin ki, siz valideynlərdən çox dostlarınızla danışmağa üstünlük verirsiz, bu təbii haldır. Xüsusən də bəzi mövzular var ki,açıq və sıxılmadan danışmaq istəyirsiniz. Lakin valideyn məsləhətinə, köməyinə və dəstəyinə hər zaman ehtiyac vardır. Valideynlərinizlə gündəlik işlər haqqında danışın və bunu hər gün edin. Bir şeyi nə qədər çox etsən, hər hansı bir məsələni müzakirə etmək daha asanlaşır. Valideynlərinizlə məktəb lahiyələri haqqında danışın. Kiçik söhbətlər belə sizi valideynlərinizlə yaxınlaşdıracaq. Birlikdə gəzməyə gedin, birlikdə bişirin, yeyin, oynayın. Bu həm sizə, həm də valideynlərinizə mənəvi rahatlıq verəcək.Aranızdakı gərginlik ortadan qalxacaq.
Bəs ciddi mövzular haqqında valideynlərimizlə necə danışmalıyıq?
Məsələn: Hər hansı bir imtahandan kəsilmisizsə, şəxsi həyatınızda sizi sevən kimsə varsa, nədənsə qorxub stress keçirdirsinizsə bunu onlara necə izah edərsiniz? Onlar buna necə reaksiya verəcək ?
1. Ana və ya ata, mən sizə məni narahat edən bir məsələni söyləmək istəyirəm. Mənim sizin məsləhətinizə ehtiyacım var. Danışa bilərikmi?
2. Gələn həftə sinifimiz gəzintiyə getməyə hazirlaşır.Bu barədə sizinlə danışa bilərəmmi?
3. Valideynlərinizlə şəxsi bir şey haqqında danışmaqdan utanırsınız? Onların necə reaksiya verəcəyini düşünürsünüz?
Bu zaman sözlərlə yanaşı hisslərinizi də ifadə etməyə çalışın.
Məsələn:
- Mən sənə şəxsi bir şey demək istəyirəm, amma sənin necə reaksiya verəcəyindən narahatam. Amma hər halda bunu sənə deməliyəm.
- Səninlə danışmaliyam, amma qorxuram ki, səni məyus edərəm.
- Etdiklərimlə fəxr etmirəm, amma bunu sənə deməliyəm. Məni eşidirsənmi?
- Söhbətdən əvvəl özünüzü hazırlaya bilərsiniz.Bunun üçün ya güzgü qarşısında, ya da hansısa dostunuzla məşq edə bilərsiniz.
Bütün bunlar danışdığınız zaman özünüzü rahat hiss etməyə kömək edəcək.