UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR
Yeniyetmələr arasında sui-qəsd hallarının qarşısını necə almaq olar?
Dünya miqyasında sui-qəsd halları yeniyetmələr və gənclər arasında əsas ölüm səbəblərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təxminən 800 min insan intihar edir ki, bu da hər 40 saniyədə bir intihar deməkdir. Yeniyetmə və gənclər arasında (15-29 yaş) intiharlar yol qəzalarından sonra ikinci ölüm səbəbidir.
Ümumiyyətlə, Azərbaycanda digər ölkələrlə müqayisədə intihar hallarının səviyyəsi nisbətən aşağıdır. Bununla belə, qeyd etmək lazımdır ki, statistik məlumatlar intihar hallarının təsdiqlənməməsi və məlumat yetərsizliyi kimi müxtəlif amillərə görə natamam və ya qeyri-dəqiq ola bilər.
Yeniyetmələr arasında sui-qəsd halları ciddi problemdir və onun qarşısının alınması hərtərəfli geniş səy tələb edir. Yeniyetmələr arasında intihar hallarının qarşısını almağa kömək edə biləcək bəzi üsullar bunlardır:
Təhsil:
Mühazirələr, seminarlar və müzakirələr vasitəsilə yeniyetmələrin intihar halları, intihara səbəb olan səbəblər və intihar öncəsi simptomlar haqqında maarifləndirilməsini artırın. Bu, digər yeniyetmələr, müəllimlər və valideynlərə problemi tam dərk etməyə və baş verə biləcək faciənin qarşısını almağa kömək edə bilər.
Təhlükəsiz şərait yaratmaq:
Məktəblərdə və evdə təhlükəsiz və mehriban mühit yaratmağa çalışın ki, yeniyetmələr öz hisslərini ifadə etməkdə və problemlərini müzakirə etməkdə çəkinməsinlər.
Valideynlər və qəyyumlar tərəfindən dəstək:
Valideynlər və qəyyumlar övladlarının emosional ehtiyaclarına qarşı diqqətli olmalı və lazım olduqda onlara dəstək göstərməlidirlər.
Psixoloji dəstək:
Məktəblər və icmalar stres, depressiya və ya digər emosional problemlər yaşayan yeniyetmələrə kömək etmək üçün ixtisaslı psixoloqlar və ya psixoterapevtlərə əlçatanlığı təmin etməlidirlər.
Yeniyetmələr üçün proqramlar:
Yeniyetmələrə stresin öhdəsindən gəlməyə və həyat boyunca baş verən dəyişikliklərə uyğunlaşmağa kömək edə biləcək proqramlar hazırlayın və həyata keçirin. Bu cür proqramlara ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, qəzəbin idarə edilməsi, münaqişələrin həlli və stressin idarə edilməsi və s. daxil ola bilər.
Onlayn fəaliyyətin nəzarətdə saxlanılması:
Valideynlər və tərbiyəçilər mütəmadi olaraq intihara sövq edə biləcək yalnış düşüncəli icmaları və ya intihara sürükləyən paylaşımları izləyib-izləmədikləri ilə bağlı uşaqlarının onlayn fəaliyyətindən xəbərdar olmalıdırlar.
Kriz anında müdaxilə:
Yeniyetmənin təhlükədə olması və ya sui-qəsd düşüncələrinin olması ilə bağlı əsaslı şübhə varsa dərhal mütəxəssis müdaxiləsi vacibdir.
Yeniyetmə intihar haqqında düşüncələri özündən necə uzaqlaşdıra bilər?
Əgər yeniyetmədə intihara cəhd haqqında fikir yaranıbsa o ilk öncə öz təhlükəsizliyini təmin etməli və dəstək almaq üçün tədbirlər görməlidir. İlk öncə görüləcək tədbirlər bunlardır:
Ünsiyyət qurun:
Valideyn, müəllim, məktəb psixoloqu, dost və ya digər yaxın etibar etdiyiniz böyüklərdən biri ilə ünsiyyət qurun. Hisslərinizi və narahatlıqlarınızı ifadə etmək sizə yaşadığınız hadisələrin öhdəsindən gəlməyə kömək edə bilər.
Peşəkar yardıma müraciət edin:
İntihar haqqında düşüncələri beyninizdən çıxara bilmirsinizsə bu hisslərin öhdəsindən gəlmək və həll yolunu tapmaq üçün psixoloq, psixiatr və ya digər tibb mütəxəssisinə müraciət edin.
Sosial mediada az vaxt keçirin:
Sosial mediadan həddindən artıq istifadədən çəkinin, çünki bu, depressiya və təklik hisslərini artıra bilər. Ünsiyyətinizi və emosional rifahınızı təşviq edən fəaliyyətlərlə daha çox məşğul olun. Sosial şəbəkələrdə təhlükəli ideyaları təbliğ edən, o cümlədən dünyanın sonu, intihar oyunları və s. bəhs edən qruplarla ünsiyyətdən çəkinin.
Yardım istəməkdən çəkinməyin:
İntihar düşüncələri ilə təkbaşına mübarizə apara bilməyəcəyinizi hiss edirsinizsə, kömək istəməkdən çəkinməyin. Bu çətin dövrdə sizə dəstək və köməklik göstərə biləcək etibarlı insan və ya peşəkarlarla əlaqə saxlayın.
Stressi idarə etmə bacarıqlarının inkişafı:
Nəfəs məşqləri, meditasiya, yoqa və ya digər istirahət üsulları kimi stress və mənfi emosiyalarla mübarizə aparmağa kömək edə biləcək üsulları öyrənin.
Sağlam həyat tərzinə üstünlük verin:
Sağlam qidalanın, kifayət qədər yatın, fiziki aktiv olun, alkoqol, narkotik və psixoloji vəziyyətinizi daha da pisləşdirə biləcək zərərli vərdişlərdən uzaq olun.
Pozitivə köklənin:
Sizə sevinc gətirən və sizi sakitləşdirən fəaliyyətlərlə məşğul olun. Bu, incəsənətlə məşğul olmaq, kitab oxumaq, film izləmək və ya sadəcə dostlar və ailə ilə vaxt keçirmək ola bilər. Özünüzə dəyər vermə hissini artırmaq və ümidsizlik hisslərini azaltmaq üçün maraq və hobbilərinizi inkişaf etdirin.
Qısa və uzunmüddətli məqsədlər qoyun:
Qarşınıza qısamüddətli və uzunmüddətli məqsədlər qoyun. Bu, təhsillə bağlı nəticələri yaxşılaşdırmaq, yeni bir bacarığı inkişaf etdirmək və ya şəxsi münasibətlər qurmaq ola bilər.
Unutmayın ki, intihar düşüncələri sadəcə müvəqqəti bir vəziyyətdir və dəstək və düzgün müalicə ilə aradan qaldırıla bilər. Digər insanların dəstəyi və anlayışı intihar düşüncələri ilə mübarizədə sizə böyük dəstək ola bilər.
Əgər özünüzü təhlükə altında hiss edirsinizsə, yardım xəttinə və ya təcili yardım xidmətlərinə zəng edərək təcili yardımla bağlı məlumat alın.
Azərbaycanda 116111 Uşaq Qaynar Xətti uşaqları ilə bağlı məsləhətə, dəstəyə ehtiyacı olan minlərlə valideynlərə və uşaqlara xidmət göstərir.
“Uşaq Qaynar Xətt” xidməti UNICEF Azərbaycan, Azercell, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Etibarlı Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşəbbüsü ilə yaradılmışdır.