Cinsi tərbiyə öz bədənini tanımaq, sağlamlığının qayğısına qalmaq, cinsi yolla yoluxan infeksiyalardan xəbardar olmaq və onlardan qorunmaq üçün tədbirlər görmək, gələcəkdə xəstəliklərdən uzaq ailə və övladlara sahib olmaq üçün bir sıra qaydalardan məlumatlı olmaq deməkdir. Bu səhifədə insanın cinsi kontaktlar zamanı yoluxa biləcəyi xəstəliklər, qohum evliliyinin fəsadları, sağlam ailə təməli, cinsi yetişkənlikdə önəmli olan məqamlar və digər mövzular barəsində məlumatlar əldə edə bilərsiz.
Kimlər arasında evlilik qohum evliliyi sayılır?
Qohum evliliyi – ailə quran şəxslər arasında qan bağının olmasıdır. Bacı və qardaşın uşaqlarının (yəni əmioğlu, xalaoğlu, dayıoğlu, bibioğlu - əmiqızı, xalaqızı, dayıqızı, bibiqızı) bir-biri ilə nikaha daxil olması qohum evliliyi sayılır.
İİV hansı yollarla ötürülmür?
İnsan İmmunçatışmazlığı Virusu (İİV) :
- Nəfəslə, öskürmək və asqırmaqla
- Əl verib görüşmək, qucaqlaşmaq və öpüşməklə
- İctimai nəqliyyatdan istifadə zamanı
- Ümumi hovuz, hamam v ayaqyolundan istifadə zamanı
- Kollektiv idmanla məşğul olduqda
- Ev və ofis əşyalarından istifadə zamanı
- Qida və su vasitəsilə
- Həşəratların sancması ilə ötürülmür.
Cinsi yolla yoluxan infeksiyalar ən çox hansı xəstəliklər yaradır?
Ən çox tanınan və geniş yayılan CYYİ: Sifilis, Qonoreya, Trixomoniaz, Xlamidioz, Mikoplazmoz, Ureaplazmoz, Bakterial vaginoz, Genital herpes.