UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

İnsan İmmunçatışmazlığı virusu (İİV) haqqında 10 fakt
  1. İİV virusuna yoluxub – yoluxmadığınızı bilmək üçün test etməyiniz həyati vacib addımdır. İİV virusuna yoluxmuş insanların təxminən 40 faizi öz infeksion statusundan xəbərsizdirlər.
  2. İİV testi və müalicəsi gizli aparılır. Test etdikdən sonra nəticələr tibbi müəssisəsində məxfi qalır və icazəniz olmadan heç kimə İİV statusunuz açıqlanmır.
  3. Test nəticəniz İİV-müsbət olduğunu biləndən sonra nə qədər tez tibbi yardım alsanız, o qədər yaxşıdır. Müntəzəm olaraq dərman preparatlarını qəbul etmək və lazımi tibbi müayinələrdən keçməklə immunçatışmazlığı virusu ilə həyata davam etmək olur.
  4. İİV aşağıdakı yollarla ötürülür:
  • yoluxmuş şəxslə müdafiəsiz cinsi (vaginal, anal, oral) əlaqə zamanı
  • yoluxmuş qan, yaxud qan komponentlərinin və ya toxumaların köçürülməsi zamanı
  • steril olmayan inyeksiya vasitələri (iynə, şpris) və dəridə döymə üçün nəzərdə tutulmuş avadanlıqların istifadəsi zamanı
  • hamiləlik, doğuş və döşlə əmizdirmə zamanı

İİV infeksiyası öpüşməklə, həşəratların dişləməsi zamanı, əllə salamlaşarkən ötürülmür.

  1. Qoruyucu vasitələr (kondomlar) İİV və digər cinsi yolla ötürülən infeksiyaların qarşısını alan effektiv vasitələrdir.
  2. İİV infeksiyasına qarşı peyvənd mövcud deyil. Lakin dərman preparatları qanda virusun miqdarını əhəmiyyətli dərəcədə azaldır və QİCS-in qarşısını alır.
  3. Kombinə edilmiş antiretrovirus terapiyası (ART) bədəndə İİV-in yayılmasının qarşısını alır. Bir cütlükdə İİV-müsbət partnyor ART qəbul edərsə, İİV-mənfi partnyora cinsi yolla ötürülmə ehtimalı 96% azalır.
  4. Anadan uşağa İİV ötürülməsinin aradan qaldırılması mümkündür. İİV-ə yoluxmuş qadınlar ART qəbul etdikləri halda, doğuş və ana südü ilə qidalandırma zamanı virusun anadan uşağa ötürülməsinin qarşısı alınır.
  5. İİV- aktiv formalı vərəmin inkişafı üçün risk faktorlarından biridir. 2015-ci ildə dünyada vərəm diaqnozu olan 10,4 milyon insanın 1,2 milyonunda (11%) İİV – müsbət olduğu təsdiq edilmişdir. Eyni ildə, İİV olan insanlar arasında vərəmdən təxminən 390 min insan dünyasını dəyişib.
  6. Qəsdən İİV infeksiyası ilə yoluxdurma insanlığa qarşı cinayət hesab olunaraq qanunla cəzalandırılır.

Dünyada 36,7 milyon insan İİV-ə yoluxub. Onların yarısından çoxu qadınlar, təxminən 1,8 milyonu isə uşaqlardır.