UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

Qazanılmış immunçatışmazlığı sindromu (QİÇS) nədir?

QİÇS İnsan İmmunçatışmazlığı Virusu (İİV) infeksiyasının son mərhələsidir. Bu zaman insanın immun sisteminin dərin zədələnməsi nəticəsində bir sıra mikroblara və bədxassəli şişlərə qarşı orqanizmin müqaviməti azalır. Nəticədə həmin şəxslərdə müxtəlif infeksion xəstəliklər (vərəm, kandidoz, herpes) və bədxassəli şişlər (sarkoma, limfoma) inkişaf edir. Hər bir şəxs təhlükəsizliyi naminə İİV-in ötürülmə yollarından agah olmalıdır.

İİV hansı yollarla ötürülür?

  • Cinsi yolla. İİV-ə yoluxmuş insan öz cinsi partnyorunu hetero-seksual (kişi ilə qadın arasında) və homoseksual (eyni cinsli insanlar arasında) qorunmamış cinsi əlaqə zamanı yoluxdura bilər.
  • Qan vasitəsilə. İİV-ə yoluxmuş qanın köçürülməsi, dezinfeksiya edilməmiş tibbi və məişət alətlərinin (iynələr, şprislər, ülgüc və diş fırçası, stomaloji, cərrahi, manikür, tatuaj və pirsinq alətləri və s.) təkrar istifadəsi ilə virus digər insana ötürülə bilər.
  • Hamilə anadan uşağa. Hamiləlik zamanı, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində virus yeni doğulmuş uşağa ötürülə bilər.

Bəs İİV hansı yollarla ötürülmür?

  • Nəfəslə, öskürmək və asqırmaqla
  • Əl verib görüşmək, qucaqlaşmaq və öpüşməklə
  • İctimai nəqliyyatdan istifadə zamanı
  • Ümumi hovuz, hamam v ayaqyolundan istifadə zamanı
  • Kollektiv idmanla məşğul olduqda
  • Ev və ofis əşyalarından istifadə zamanı
  • Qida və su vasitəsilə
  • Həşəratların sancması ilə.

Yadda saxlayın!!! Milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insan İİV -ə yoluxa bilər. İİV/QİÇS haqqında məlumatı olmayan, yaxud məlumatı olan, lakin fərdi qorunma qaydalarına riayət etməyən hər kəs bu infeksiyaya yoluxa bilər. Hətta bir qorunmamış cinsi əlaqə də İİV-ə yoluxmanın səbəbi ola bilər. Qorunmamış cinsi əlaqəyə girməyin. Cinsi əlaqə zamanı qorucu vasitələrdən (prezervativlərdən) istifadə edin. Qoruyucu vasitələr yalnız İİV-dən deyil, digər cinsi yolla keçən xəstəliklərdən və arzuolunmaz  hamiləlikdən də qoruya bilər!

QİÇS tam müalicə olunmur. İİV/QİÇS haqqında məlumatlan-özünü və ailəni İİV/QİÇS-dən qoru!