Məktəbyaşlı uşaqların fiziki aktivliyi

İnkişafda olan cavan orqanizmə oturaq həyat tərzi hiss olunacaq dərəcədə mənfi təsir göstərir. Məktəb yaşlı uşaqların oyaq vaxtının 50-70%-ini oturaq vəziyyətdə keçirməsi bu problemi daha da dərinləşdirir. Oturaq həyat tərzi keçirən uşaqlarda qan dövranı ləngiyir, nəticədə daxili orqan və sistemlərin qidalanması pozulur. Bədənin sağlamlığını qorumaq üçün daima fiziki aktivliklə məşğul olmaq lazımdır.

  

MƏQALƏLƏR
ÇAP MATERİALLARI
VİDEOLAR
TEZ-TEZ VERİLƏN SUALLAR

Gündəlik fiziki fəaliyyət nə qədər olmalıdır?

Gündəlik fiziki fəaliyyət bir neçə qısa, ən azı 10 dəqiqəlik intensiv (tez-tez, müəyyən qədər sürətli)  hərəkətlərdən ibarət olmalıdır.

Osteoparozun qarşısını necə alaq?

Osteoporozdan qorunmaq uşaqlıq çağından başlayır və həyat boyu davam edir. Bunun üçün:

  • mütəmadi fiziki təlimlər
  • balanslaşdırılmış pəhriz
  • zərərli vərdişlərdən imtina
  • yıxılma və xəsarət almadan qorunma əsasdır.

Göz üçün idman hərəkətləri məsləhət görərdiz

  1. Gözləri sıx bağlayıb (3-5 saniyə) açmaq və uzaq məsafəyə baxmaq (5-7 saniyə). 4-5 dəfə təkrarlamaq.
  2. 2.Gözləri tez-tez qırpıb bağlamaq və sakit vəziyyətdə dayanmaq (5-7 saniyə). 4-5 dəfə təkrarlamaq.
  3. Göz almacıqları ilə həm sol, həm də sağ tərəfə doğru 4-5 dairəvi hərəkət etmək, daha sonra uzaq məsafəyə baxmaq (6 saniyə ərzində). 1-2 dəfə təkrarlamaq.

İdmanda dözümlü olmaq üçün necə qidalanım?

Profisional idmanla məşğul olarkən qidalanmaya xüsusi diqqət lazımdır. Qidada sağlam yağlara, zülal və karbohidratlara üstünlük verilməlidir. Meyvə və tərəvəz gündəlik rasionda olmalıdır. Daha ətraflı məlumat "Sağlam qida" bölməmizdə ələd edə bilərsiz