UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR
Məktəblilər arasında fiziki fəallığın təbliği və təminatı
Məktəblər uşaqların sağlamlığının yaxşılaşdırılması üçün əsas yerlərdən biri və ən əhəmiyyətlisidir. Məktəb heyəti fiziki fəallıq məsələlərində bilik və bacarıqların artırılması üçün strateji imkanları təklif etməlidir. Məktəbdə məşğələ üçün gənclərin səfərbər olunmalarına zəmanət verilməlidir:
- Fiziki fəallığa davamlı, planlaşdırılmış və sistematik yanaşma
- Məktəb ictimaiyyətinin bütün üzvlərini fiziki fəallığa motivasiya etmək
- Bütün şagirdlərin sağlam həyat tərzinin təminatına yardım etmək
- Şagirdlərin tədris və davamlılıq nəticələrini yaxşılaşdırmaq
- Valideynlərlə münasibətləri gücləndirmək
- Fiziki fəallıq üçün məktəb şəraitini yaxşılaşdırmaq
Uşaq və yeniyetmələr üçün fiziki fəallığın əsas rəhbər prinsipləri:
- Hər gün 60 dəqiqə və ya daha çox müddət ərzində fiziki fəal olmalı (60 dəqiqədən çox olan fiziki fəallıq sağlamlıq üçün daha da faydalıdır)
- Aerobika: gün ərzində 60 dəqiqə və ya daha çox vaxt orta və ya yüksək intensivlikli aerobika ilə bağlı fiziki fəallığa sərf edilməli və yüksək intensivlikli fiziki fəallıq ən azı həftənin 3 günü olmalıdır.
- Əzələlərin möhkəmləndirilməsi: gün ərzində fiziki fəallığa sərf edilən 60 dəqiqə və ya daha çox müddətin bir hissəsi uşaq və yeniyetmələr tərəfindən ən azı həftənin 3 günü əzələləri möhkəmləndirən fiziki fəallığa yönəldilməlidir.
- Sümüklərin möhkəmləndirilməsi: gün ərzində fiziki fəallığa sərf edilən 60 dəqiqə və ya daha çox müddətin bir hissəsi uşaq və yeniyetmələr tərəfindən ən azı həftənin 3 günü sümükləri möhkəmləndirən fiziki fəallığa yönəldilməlidir.
- Yaşlarına uyğun, xoşlarına gələn müxtəlif fiziki fəallıqla məşğul olmalı:
- idman dərslərində fiziki fəal olmalı
- məktəblərarası idman yarışlarına qoşulmalı
- məktəbə piyada və ya velosipedlə getməli
- məktəbdən sonra ailə ilə, dostlarla birlikdə fəal istirahət etməli
- uzun müddətli fiziki fəallıqdan əvvəl və sonra doyunca su içməli
- gün ərzində televizor və kompüter qarşısında keçirilən vaxt 2 saatdan çox olmamalı
- Həmçinin qidalanmaya fikir verməli:
- tərkibində şəkər olan içkiləri su ilə əvəz etməli
- "fast food" adlanan tez hazırlanan qidalardan uzaq durmalı
- siqaret, narkotik maddələr, spirtli içkilərdən uzaq durmalı