UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Fiziki aktivliklə bağlı məktəblilər üçün əsas tövsiyələr

7-18 yaş arası bütün uşaqlar və yeniyetmələr gündə ən azı 1-2 saat yaşa uyğun şəkildə müxtəlif fiziki hərəkətlər etməlidirlər. Ardıcıl 2 saatdan çox hərəkətsiz oturmaqdan çəkinmək lazımdır. Kompüter arxasında gündə 2 saatdan artıq oturmaq məsləhət deyil. Hərəkətsizliyin yaratdığı sağlamlıq fəsadlarının qarşısını almaq üçün 7 yaşlı uşaqlara gündə minimum 2 saat, 18 yaşında olanlara isə ən azı 1 saat fiziki fəaliyyət tövsiyə olunur.

Gündəlik bədən tərbiyəsi şagirdin sağlam böyüməsi, inkişafı və rifahının açarıdır. Uşaqlara hər gün fiziki fəaliyyətlə məğul olmaq lazımdır. Əgər hər hansı bir gündə şagird bədən tərbiyəsi ilə məşğul ola bilmədisə, bu problem deyil, lakin uzun müddət hərəkətsiz qalmaqdan çəkinmək lazımdır.

Yeniyetməlik dövründə olan fiziki fəaliyyət adətən uşaqlıqda olan fiziki fəaliyyətdən bir qədər az olur. Bununla belə bir yeniyetmənin gündə bir neçə saat hərəkət etməsi vacibdir.

Gündəlik fiziki fəaliyyət bir neçə qısa, ən azı 10 dəqiqəlik intensiv (tez-tez, müəyyən qədər sürətli)  hərəkətlərdən ibarət olmalıdır.

Gündəlik fiziki fəaliyyət intensiv hərəkətləri özündə ehtiva etməlidir və bu müddət ərzində ürək ritmi və tənəffüs tezliyi bir qədər artmalıdır. Sürətli gəzinti, velosiped sürmə fiziki aktivlik üçün yaxşı nümunədir. Bütün fiziki aktivlik vaxtının ən azı yarısını 10 dəqiqəlik intensiv hərəkətlərə sərf etmək orqanizm üçün daha faydalıdır. Məsələn 10 dəqiqə aktiv hərəkət edib 5 dəqiqə istirahət etmək olar.

Gündəlik gimnastika həmçinin ağciyər və ürək ritmini artırın daha da intensiv-gərgin hərəkətlərdən də ibarət olmalıdır. Belə hərəkətlər orqanların sağlamlığına müsbət təsir göstərir və bədənin dözümlülük gücünü artırır.  İntensiz-gərgin hərəkətlər adətən fasilələr şəklində həyata keçirilir (bir neçə saniyədən bir neçə dəqiqəyə qədər), bu müddət ərzində hərəkət və istirahət bir-birini əvəz etməlidir.

Uzun müddət hərəkətsiz oturmayın!

Bədən tərbiyəsi uşaq və yeniyetmələrin həyatının tərkib hissəsi olmalıdır. Bədən tərbiyəsi əyləncəli olmalı, uşaqlara və yeniyetmələrə sevinc və müsbət emosiyalar gətirməlidir. Ona görə bədən tərbiyəsinin növünü seçərkən uşaqların rəyi və istəyi nəzərə alınmalıdır. Eyni zamanda idman növü və aktivliyin dərəcəsi uşağın yaşına, bədən quruluşuna, motorikasına, orqanizmin sağlamlıq dərəcəsinə uyğun olaraq seçilməlidir. Şagirdlər evdə, məktəbdə və asudə vaxtlarında uzun, fasiləsiz oturmaqdan çəkinməlidirlər. Fiziki fəaliyyətsizliyin, uzun müddət oturaq həyat tərzinin orqanizmdə zərərli təsirlərə, piylənməyə, dayaq-hərəkət sistemi pozuntularına səbəb olduğu müəyyən edilmişdir.