Gündəlik fiziki fəaliyyətlə məşğul olmaq və məşq etmək bədənin gücünü artırmağa, daha dözümlü olmağa, sağlam və xəstəliklərdən uzaq həyat yaşamağa kömək edir.
Səhər gündəlik yüngülvari nə gimnasitkası edə bilərəm?
Dərsə qədər səhər gimnastikası kompleks hərəkətlərini seçərkən bədən tərbiyəsi proqramından baş, gövdə və qollar üçün verilmiş əsas hərəkətlərdən istifadə etmək faydalıdır. Xüsusən qollar yuxarı, irəli, yanlara, əllər boyun arxasında, başda olmaqla hərəkətlər icra olunmalıdır. Həmçinin əllər müxtəlif vəziyyətlərdə barmaq və biləklər üçün hərəkətlər, ayaqların bükülüb açılması ilə hərəkətlərdən də istifadə etmək olar. Bundan əlavə, dairəvi hərəkətləri, əyilmələri, dönmələr, əl, qıç, gövdə və başın bir-birilə uyğunlaşması ilə hərəkətlərin əlaqəli şəkildə yerinə yetirilməsi zəruri və daha əlverişlidir.
Hansı fiziki akitvlik sümükləri möhkəm edir?
Sümüklərin möhkəmləndirilməsi hərəkətləri sümüklərə təsir göstərərək onların böyüməsinə və güclü olmasına imkan verir. Belə təsir, adətən yerlə təmas zamanı baş verir. Qaçış, iplə tullanmaq, basketbol və tennis oyunları - bunların hamısı sümüklərin möhkəmləndirilməsi hərəkətlərinin nümunələridir. Bu misallardan görünür ki, sümüklərin möhkəmləndirilməsi hərəkətləri aerobika və əzələlərin möhkəmləndirilməsi hərəkətləri ilə eyni ola bilər.
İdmanla məşğul olmaq əsasən hansı xəstəliklərdən qoruyur?
Həftədə üç dəfə və daha çox idmanla məşğul olanlarda isə ürək-damar xəstəliklərindən ölüm riskinin 41 faiz, xərçəng xəstəliyindən isə 21 faiz azaldığı müşahidə edilib.