UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR
Sağlam bədənə sahib olmaq üçün gündəlik tövsiyələr
- Gün ərzində ən azı 60 dəqiqə fiziki aktiv olun.
- Fiziki fəallığa dair gündəlik məşğələlərin əksəriyyətini aerobikaya sərf edin.
- Məktəbə piyada və ya velosipedlə gedin.
- İdman dərslərində fiziki aktiv olun.
- Məktəblərarası idman yarışlarında iştirak edin.
- Məktəbdən sonra ailəniz, dostlarınızla birlikdə aktiv istirahət edin.
- Gün ərzində TV və kompüter qarşısında keçirdiyin vaxtı 2 saatadək azaldın.
- Tərkibində şəkər olan içkiləri su ilə əvəz edin.
- Xoşunuza gələn və həyat tərzinizə cavab verən aktivlik növünü seçin.
- Məşğələlər üçün optimal vaxtı seçin.
- Pilləkəndən istifadə edərkən 10 kalori itirilir, lift gözləyərkən isə 1,5 kalori qəbul edilir. Ona görə də tövsiyə olunur ki, 3 mərtəbə qalxarkən pilləkəndən istifadə edəsiniz.
- İdman dərsində dartılmanı ən azı 15-20 saniyə və gün ərzində 2-3 dəfə təkrar edin.
- Dostlarınız və ailənizlə fəal olun.
- Bacardığınız bir şeydən başlayın və daha çox nailiyyətlər əldə etməyə çalışın.
- Əgər hərəkətli həyat keçirirsizsə, onda azdan başlayın. Bir neçə həftədən və ya aydan sonra məşğələlərin müddətini və intensivliyini artırın.
- Uzunmüddətli fiziki aktivlikdən qabaq və sonra doyunca su için.
- Siqaret, narkotik, spirtli içkilər və “fast food” adlanan tez hazırlanan qidalardan uzaq olun.