UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR
Səhər gimnastikası üzrə tövsiyələr
- Səhər gimnastikası ilə hər gün məşğul olmalı.
- Dərs zamanı öyrədilən hərəkətləri evdə təkrar etməli.
- Hərəkətlər icra edilərkən tənəffüsü bir an belə dayandırmamalı, müntəzəm tənəffüs etməli.
- Əyilərkən nəfəsi buraxmalı, çıxış vəziyyətinə qayıdarkən nəfəs almalı.
- Qaməti düzgün saxlamalı, hərəkətlər şagirdlərin qamətinin formalaşdırılmasına yönəldilməli.
- Hərəkətləri ev şəraitində icra etməli, bu vaxt valideynin köməyindən istifadə olunmalı.
- Kompleks hərəkətləri bacı-qardaş, ata-ana ilə birlikdə yerinə yetirməli.
- Hərəkətlərin icrasına ciddi yanaşmalı, artıq hərəkətlərə, intizamın pozulmasına qətiyyən yol verməməli.
- Hərəkətlər uşaqların yorğunluğuna səbəb olmamalı.
- Kompleks hərəkətlər əvvəllər icra edilmiş hərəkətlərdən və yaxud da daha asan qavranılan hərəkətlərdən ibarət olmalı.
- Əhvali-ruhiyyəni və emosionallığı yüksəltməli.
- Uşaqların yaşına, fiziki inkişafına və hazırlığına, habelə səhhətinin vəziyyətinə uyğun olmalı.
- Məşğələ yeri nəzərə alınmalıdır.