UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Aerobika hərəkətləri üçün intensivlik dərəcələri

Uşaq və yeniyetmələr orta və yüksək intensivlikli aerobika hərəkətləri və ya yalnız yüksək intensivlikli aerobika hərəkətləri etməklə rəhbər prinsiplərə riayət edə bilərlər. Gənclər yalnız orta intensivlikli hərəkətlər etməməlidirlər. Kardiorespirator orqanların iş qabiliyyətini daha da yaxşılaşdırmaq üçün yüksək intensivlikli hərəkətlər etmək vacibdir.

Aerobika hərəkətlərinin intensivliyi tam və ya nisbi şkala ilə ölçülə bilər. Yaxud şkala aerobika hərəkətlərinin intensivliyinin monitorinqi üçün istifadə edilə bilər:

Tam intensivlik kardiorespirator orqanların vəziyyətini nəzərə almamaqla fəaliyyət zamanı sərf olunan enerji səviyyəsinə əsaslanır.

Nisbi intensivlik fərdi kardiorespirator orqanların vəziyyətini nəzərə almaqla fəallığın səviyyəsini müəyyənləşdirir.

Nisbi intensivlik fərdi fəallığın səviyyəsinə onun iş qabiliyyətinə uyğun təsvir edir. Adətən 0-dan 10-dək olan şkalada 0 – oturaq vəziyyət deməkdir, 10 isə fəallığın ən yüksək səviyyəsi ola bilər, orta intensivlikli fəallıq isə 5-6-ya bərabərdir. Orta intensivlikli fəallıqla məşğul olan gənclər qeyd edirlər ki, ürək döyüntüləri normal halda olduğundan bir qədər tezləşir, tənəffüs isə çətinləşir. Yüksək intensivlikli fəallıq 7-8 dərəcəli olur. Yüksək intensivlikli fəallıqla məşğul olan gənclər hiss edəcəklər ki, ürək döyüntüləri normal halda olduğundan daha da çox tezləşir, tənəffüs isə ağırlaşır.

Uşaqlara nəzarət edən böyüklər uşaqların ürək döyüntüləri və tənəffüsünə nəzarət edə bilmirlər. Lakin onlar uşaqların tam enerji sərf edilən fəallığının orta və ya yüksək intensivlikli olduğuna nəzarət edə bilərlər. Məsələn, məktəbə tez gedən uşaq orta intensivliklə hərəkət edir. Uşaq meydançasında qaçan uşaq yüksək intensivliklə hərəkət edir.