UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Əsas fəallıq növləri

Uşaq və yeniyetmələr üçün rəhbər prinsiplər üç əsas fəallıq növü ətrafında toplanır: aerobika, əzələlərin və sümüklərin möhkəmləndirilməsi. Hər bir növün sağlamlıq üçün zəruri faydaları mövcuddur.

  • Aerobika hərəkətləri zamanı gənclər iri əzələləri ritmik hərəkət etdirirlər. Qaçmaq, hündürlüyə və uzunluğa tullanmaq, iplə tullanmaq, üzmək, rəqs etmək, velosiped sürmək – bunların hamısı aerobika hərəkətlərinə aiddir. Aerobika hərəkətləri ürəyin və ağciyərlərin (kardiorespirator) iş qabiliyyətini artırır. Uşaqlar çox vaxt hərəkətləri qısa hissələrlə edirlər ki, bunlar texniki olaraq aerobika hərəkətləri hesab edilə bilməz.
  • Əzələlərin möhkəmləndirilməsi zamanı, adətən gündəlik həyatda edilən hərəkətlərdən daha çox iş görülür. Bu hal “həddindən artıq yüklənmə” adlandırılır və əzələləri möhkəmləndirir. Əzələlərin möhkəmləndirilməsi hərəkətləri qeyri-strukturlaşdırılmış və uşaq meydançası avadanlığında oynama, ağaclara dırmanma və kəndir dartma kimi oyunun bir hissəsi ola bilər. Yaxud bu hərəkətlər strukturlaşdırılmış ola bilər, məsələn, ağır çəkinin qaldırılması və ya elastik lentlərin dartılması. Uşaqlar, adətən bunu etmirlər, ya da onlar üçün ağır çəkinin qaldırılması kimi əzələlərin möhkəmləndirilməsi üzrə rəsmi proqrama ehtiyac yaranmır.
  • Sümüklərin möhkəmləndirilməsi hərəkətləri sümüklərə təsir göstərərək onların böyüməsinə və güclü olmasına imkan verir. Belə təsir, adətən yerlə təmas zamanı baş verir. Qaçış, iplə tullanmaq, basketbol və tennis oyunları - bunların hamısı sümüklərin möhkəmləndirilməsi hərəkətlərinin nümunələridir. Bu misallardan görünür ki, sümüklərin möhkəmləndirilməsi hərəkətləri aerobika və əzələlərin möhkəmləndirilməsi hərəkətləri ilə eyni ola bilər.

Qısa müddətli fiziki fəallıq, məşğələlər və fiziki fəallıq təlimi maraqlı və əyləncəli olmalıdır!

Fiziki fəallığın təbii yan təsiri müəyyən miqdarda səs-küyün olmasıdır. Lakin uşaqların sinifdə qaçması və yüksək səslə danışması düzgün deyil və qəbuledilməzdir. Səsli və uyğun olmayan davranışın olması fiziki fəallıq təliminin məqsədlərinin təmin edilməməsinin göstəricisidir. Məktəblilərin birgə qrup fəaliyyəti üçün əsaslar və davranış qaydaları yaradılmalıdır. Fiziki fəallıq, məşğələlər və fiziki aktivlik təlimi onlara ayrılan müddətə uyğun olmalıdır. Məsələn, məktəblilərə qısa fiziki fəallıq üçün müəyyən istiqamətlər verilir, çox hərəkət fəallığı stimullaşdırır və aydındır ki, uşaqlar buna sevinirlər. Fiziki fəallığı planlaşdırarkən fasilələrin daxil edilməsi nəzərə alınmalıdır.