Qızların şəxsi gigiyenası

Gigiyena – insanın sağlamlığını qorumaq haqqında elm adlandırılır. Şəxsi gigiyena– sağlamlığı qorumağa və möhkəmləndirməyə kömək edən gigiyena qaydaları toplusudur. Şəxsi gigiyena qaydalarını bilməklə və onlara müntəzəm əməl etməklə bir çox xəstəliklərdən,  bakteriya və infeksiyalardan, dəri problemlərindən uzaq olmaq olar. Şəxsi gigiyena qaydalarına saçların, dərinin və üzün, dişlərin, qulaqların, dırnaqların, ayaqların, yataq yerinin gigiyenası, əllərin təmizliyi, paltar və ayaqqabılara qulluq daxildir. Gigiyena qaydalarında doğru və yalnışlar, gigiyena nə üçün əhəmiyyətlidir? bu və digər mövzular barədə səhifədə faydalı məlumatlar əldə edə bilərsiz. 

MƏQALƏLƏR
ÇAP MATERİALLARI
VİDEOLAR
TEZ-TEZ VERİLƏN SUALLAR

Qarın ağrılarına qarşı nə edə bilərəm?

Bir çox qızlarda, xüsusən də menstruasiyanın ilk bir neçə günü ərzində qarında, adətən qarının aşağı hissəsində ağrılar olur. Qarın ağrıları sizi narahat edirsə, aşağıdakı üsullardan istifadə edə bilərsiniz:

  • qarnınıza isti bir şal bağlayın və ya isidici yastıq qoyun,
  • ibuprofen və ya naproksen kimi iltihab əleyhinə və ağrıkəsici dərmandan istifadə edə bilərsiniz.

Aybaşılar ömrümün sonuna qədər davam edəcək?

Qadınlar menopauza yaşına çatdıqda (təxminən 45-55 yaş) menstruasiya həmişəlik dayanır. Qadınlarda həmçinin hamilə olduqları zaman aybaşı olmur. Körpəni ana südü ilə əmizdirən zaman da menstruasiya baş verməyə bilər.

Aybaşı zamanı nə qədər qan gəlir?

İlkin baxışda, aybaş zamanı xaric olan qanlı ifrazatın həcmi çox görünə bilər. Ancaq bir qız bütöv aybaşı ərzində cəmi bir neçə xörək qaşığı dolu qan itirir. Əksər qızlar gündə təxminən 3-6 dəfə gigiyenik bez və ya tampon dəyişdirməli olur.

Aybaşı dövrü ağrılar niyə baş verir?

Uşaqlıq yavaş-yavaş yığılmağa başladığı zaman ağrılar baş verir. Aybaşı dövründə bu ağrılar qarın, aşağı bel nahiyəsi və hətta ayaqlarda hiss oluna bilər. Narahatlığa əsas yoxdur, belə ağrılar tamamilə normal haldır.  Qarın nahiyəsini isti etmək, bir az mürgüləmək, yüngül idman hərəkətləri etmək bu ağrıları azaldır. Əgər ehtiyac olarsa, həkimlə məsləhətləşərək ağrıkəsici içmək olar.