UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Geyim, ayaqqabı və yataq gigiyenası
Geyim və ayaqqabı gigiyenası
Alt paltarları və corablar hər gün dəyişilməlidir. Geyim müntəzəm olaraq yuyulmalıdır. Geyim və ayaqqabı iqlim şəraitinə uyğun olmalıdır. Təbii parçalardan hazırlanmış paltarlara və təbii materiallardan hazırlanmış ayaqqabılara üstünlük vermək məsləhətdir. Geyim və ayaqqabı insanın ölçüsünə uyğun olmalıdır.
Yataq yerinin gigiyenası
Hər bir ailə üzvünün öz dəsmalı və yataq yeri olmalıdır. Yataq dəsti həftədə 1 dəfə dəyişilməlidir.
Yataq otağı rahat olmalıdır:
- Yatmazdan əvvəl otağı havalandırmaq zəruridir.
- Yatanda rahat geyim (gecəlik) geyinilməlidir.
- Ev heyvalarının yatağa uzanmasına icazə verilməməlidir.
- Əllərə və dırnaqlara qulluq
Əlləri nə zaman yumaq lazımdır?
- Yeməyin hazırlanmasından əvvəl və sonra, yeməkdən əvvəl əlləri yumaq vacibdir.
- Pul vəsaitləri ilə təmasdan əllər vasitəsilə orqanizmə müxtəlif infeksiya və bakteriyalar keçə bilər. Ona görə pula əl vurduqdan sonra əllər dərhal yuyulmalıdır.
Həmçinin:
- Öskürdükdən, asqırdıqdan sonra
- Hardansa evə qayıtdıqdan sonra
- Ayaqyolu istifadəsindən sonra
- Zibilə toxunduqdan sonra
- Xəstə adama qayğı göstərdikdən əvvəl və sonra
- İctimai nəqliyyatdan istifadə etdikdən sonra
- Heyvan, heyvan qidaları və ya heyvan tullantılarına toxunduqdan sonra əllər yuyulmalıdır.