Travma - müəyyən şəraitdə alınan xəsarətlər toplusudur. Təsadüfi travmalar nəticəsində hər gün dünyada 2000 ailə övlad itkisi ilə üzləşir. Yol-nəqliyyat hadisələri, suda batma, yanma, yıxılmalar və zəhərlənmələr uşaqların sağlamlığı və həyatına ciddi təhlükə törədir. Travmatizmin profilaktikası tədbirləri hər gün 1000-dən çox həyat xilas edə bilər. Hər il yaşı 18-dək olan təxminən 830 000 uşaq təsadüfi travmalar nəticəsində həlak olur. Təsadüfi travmalar 9 yaşadək uşaqlar arasında aparıcı ölüm səbəbidir. Uşaqlar arasında yol-nəqliyyat travmaları və suda batma bütün təsadüfi travmaların təxminən yarısını təşkil edir. Travma növləri, müxtəlif travmalarda ilk yardım və uşaq travmalarının profilaktikası barəsində bu səhəfə məlumatlar əldə edə bilərsiz.
Yanma zamanı ilk olaraq hansı yardım göstərilməlidir?
- Yanıq almış və ya alov içində olan şəxsi təhlükəli yerdən təhlükəsiz məsafəyə uzaqlaşdırın (bütün hallarda təhlükəsizliyinizə əmin olun).
- Yanma prosesini dayandırmaq üçün soyuq sudan istifadə edin.
Travma alan şəxsi niyə yerindən tərpətmək olmaz?
Baş və boyun nahiyəsindən travma almış zərərçəkəni tərpətmək və silkələmək olmaz, çünki belə hərəkətlər onurğa beyninin zədələnməsinin ağırlaşmasına səbəb ola bilər.
Yaraya mikrob düşməsinin qarşısnı necə almaq olar?
İlk yardım mərhələsində yaraya mikrobların düşməsinin qarşısını almaq üçün yara ilə təmasda olan bütün vasitələrin təmiz olması vacibdir. Sarğı materialının yara ilə təmasda olan hissəsinə əl və digər vasitələrlə toxunmayın. İmkan olduqda steril əlcəkdən istifadə edin və əllərinizi təmiz yuyun. Maska olmadıqda yardım göstərərkən, ağızdan yaraya mikrobların düşməməsi üçün yaranın üzərinə danışmayın, öskürüb-asqırmayın. Yaraların mikrobla çirklənməsinin qarşısının alınmasında antiseptika vasitələrdən istifadə edilir.