UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Yanıqlar

Faktlar

  • Dünyada hər gün 260 uşaq müxtəlif yanıq səbəbindən ölür.
  • Qaynar əşyalar, cihazlar və mayelər, alov, kimyəvi maddələr, elektrik və günəşin təsiri yanıqlara səbəb ola bilər.
  • Aşağı və orta gəlirli ölkələrdə yanıqlar səbəbindən baş verən ölüm halları yüksək gəlirli ölkələrin göstəricilərdən 11 dəfə çoxdur.
  • Körpələrin yanıqlar səbəbindən ölüm riski yüksəkdir.
  • Yanğın zamanı yüksək ölüm riski həm də tüstüdən zəhərləmə ilə bağlıdır.
  • Azyaşlı uşaqlarda yanıqlar təxminən 75% hallarda qaynar maye, qaynar su və ya buxar səbəbindən baş verir.

Yanlış fikir: Kərə yağı, şəkər və ya bitki yağı yanıqları tez sağaldır.

Yanıq baş verdikdə heç bir halda kərə yağı, şəkər, bitki yağı və ya digər ənənəvi vasitələrdən istifadə etməyin. Belə maddələr dərinin qopmasına və infeksiyaya daha həssas olan aşağı qatın  açıq qalmasına səbəb ola bilər.Nə etmək lazımdır?

  • Uşağı yanmasına səbəb olan mənbədən dərhal uzaqlaşdırın və ilk yardım göstərin.
  • Su isidicilərinin təhlükəsiz temperaturda olmasına əmin olun.
  • Evdə tüstü siqnalizasiyası qurun və mütəmadi yoxlayın.
  • Kibrit, fişəng və digər tezalışan maddələri uşaqlardan uzaq saxlayın.
  • Məişətdə yalnız uşaqlar üçün təhlükəsiz olan alışqanlardan istifadə edin.
  • Yumşaq mebel almazdan əvvəl onun etiketinə nəzər yetirin ki, oddan təhlükəsiz olsun.

Nə etmək OLMAZ: 

  • Öz təhlükəsizliyinizə əmin olmadıqda ilk yardım göstərməyin (elektrik cərəyanı söndürmək, rezin əlcək istifadə etmək və s.).
  • Yanıq üzərinə və ətrafına pasta, yağ və ya pambıq qoymayın.
  • Buzdan istifadə etməyin.
  • İnfeksiya yaranma təhlükəsi olduğuna görə bilavasitə yanmış yerə heç bir material qoymayın.
  • Əmələ gəlmiş suluq qabarıqları iynə ilə açmayın. 

Nə etmək OLAR

  • Alovu söndürmək üçün uşağın üstünə yorğan atın, sudan (əgər ətrafda elektrik cərəyanın olmamasına əminsinizsə) və ya odsöndürən mayedən istifadə edin.
  • Yanıq almış və ya alov içində olan şəxsi təhlükəli yerdən təhlükəsiz məsafəyə uzaqlaşdırın (bütün hallarda təhlükəsizliyinizə əmin olun).
  • Yanma prosesini dayandırmaq üçün soyuq sudan istifadə edin.
  • Kimyəvi yanıqlar zamanı yaranı kimyəvi maddələrdən təmizləmək üçün təkrarən su ilə yuyun.
  • Tibbi yardıma müraciət edin.