UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Zəhərlənmə
Faktlar
- Dünyada hər gün 125 uşaq zəhərlənmə nəticəsində ölür.
- Ölümcül zəhərlənmə hadisələri ən çox bir yaşadək uşaqlar arasında baş verir, həmçinin narkotik maddələrin və alkoqollu içkilərin dadına baxan 15 yaşlı yeniyetmələr arasında ölümlə nəticələnən zəhərlənmə halları yüksək olur.
- Aşağı gəlirli və orta gəlirli ölkələrdə ölümcül zəhərlənmə halları yüksək gəlirli ölkələrdən dörd dəfə çoxdur.
Nə etmək lazımdır?
- Evdə saxlanılması üçün nəzərdə tutulmayan hər hansı zəhərli məhsulu (məsələn, pestisidlər, kerosin) evdən kənarlaşdırın.
- Bütün dərman və digər zəhərli maddələri (o cümlədən təmizləyici vasitələri) qapalı və uşaqlar üçün əl çatmayan yerdə saxlayın.
- Alınan dərmanlar uşaqların aça bilmədiyi qablarda olmalıdır.
- Ehtiyac yarandıqda təcili yardıma müraciət edin.
Yanlış fikir: Butulkalarda uşaqların aça bilmədiyi xüsusi qapaqlar quraşdırılıb!
Bir çox konteynerlərdə uşaqların aça bilmədiyi xüsusi qapaqlar quraşdırılıb. Bu qapaqlar uşaqlar tərəfindən açılmasının 80% hallarda qarşısının alınması üçün nəzərdə tutulub. Bu o deməkdir ki 20% hallarda uşaqlar qapağı aça bilərlər. Sizin uşağınız onlardan biri ola bilər.
Faydalı telefon nömrələri |
|
Yanğın söndürmə xidməti |
101 |
Polis |
102 |
Təcili yardım |
103 |
Qaz xidməti |
104 |
Fövqəladə Hallar Nazirliyi |
112 |
Yol-nəqliyyat hadisəsi Təcili yardımı |
113 |