UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Suda batma
Faktlar
- Dünyada hər gün 480 uşaq suda bataraq ölür.
- Hər il 2-3 milyon uşaq və yeniyetmə suda batmaq təhlükəsi ilə üzləşir.
- Dünya miqyasında beş yaşadək uşaqların suda batma riski çox yüksəkdir - körpələr hətta bir neçə santimetr dərinliyi olan suda bata bilərlər.
- Suda batma səbəbindən baş verən uşaq ölümlərinin 98%-i aşağı və orta gəlirli ölkələrin payına düşür.
- Yüksək gəlirli ölkələrdə uşaqların suda batması daha çox hovuzlarda baş verir.
Yanlış fikir: Mənim uşağım suda üzə bilir, o batmayacaq.
Suda üzmək çox yaxşı bacarıqdır və bütün uşaqlar bunu öyrənməlidir. Lakin, hətta ixtisaslı üzgüçülər çətinliklərlə qarşılaşaraq suda bata bilərlər. Xüsusilə 5 yaşadək uşaqlar nəzarətsiz buraxılmamalıdır və uşaqların üzgüçülük dərslərinə getməsi bəhanəsi nəzarətsizliyə səbəb olmamalıdır.
Nə etmək lazımdır?
- Evin içi vəətrafında olan bütün təhlükə yarada bilən su mənbələrinin üstünü örtün və ya aradan götürün: quyular, hovuzlar və, ətrafınızda balaca yaşlı uşaqlar varsa, hətta su ilə dolu vedrələr.
- Hovuz ətrafını hərtərəfli hasarlayın.
- Əmin olun ki, uşaqlar suda üzərkən və ya suya yaxın olduqda siz və ya başqa böyüklər onlara daim nəzarət edir.
- Qayıqda üzərkən həmişə həm özünüz, həm də uşağınız xilasedici jiletdən istifadə edin.
Bunlar təhlükəlidir!
Uşaqları su olan vanna içində nəzarətsiz qoymayın. Unutmayın ki, vanna üçün uşaq oturacaqları və hovuz üçün bərk olmayan elastik örtüklər suda batmağın qarşısını almaq üçün nəzərdə tutulmayıb. Hovuz ətrafında olan uşaqlara ciddi nəzarət edin. Yanlış təhlükəsizlik təsəvvürü yaradan qurğular şəxsi nəzarəti əvəz etmir.