UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Yıxılmalar

Faktlar

  • Dünyada hər gün 130 uşaq yıxılma nəticəsində ölür
  • Bəzi ölkələrdə, təcili yardım klinikalarına gətirilən uşaqların yarısının travmaları yıxılma səbəbindən baş verir.
  • Ölümlə nəticələnən yıxılmaların 66%-i yüksəklikdən yıxılmaq səbəbindən baş verir.

Nə etmək lazımdır?

  • Azyaşlı uşaqların pilləkəndən yıxılmaması üçün pilləkənin qarşısında qapı quraşdırın və pilləkəni artıq əşyalardan təmiz saxlayın.
  • Uşaqların yaxılmaması üçün birinci mərtəbədən yuxarı olan pəncələrə qoruyucu qurğu quraşdırın və evin damına girəcəyi qapalı saxlayın.
  • Uşaq meydançalarında yer səthində təhlükəsizliyi təmin edən müvafiq materiallardan istifadə edilməlidir (məsələn, rezin və ya dəri), qalxmaq və sürüşmək üçün qurğular təhlükəsiz yüksəklikdə olmalıdır, təhlükəsizlik şəraiti müntəzəm yoxlanılmalı və qüsurlar aradan qaldırılmalıdır.

Yanlış fikir: Bütün uşaqlar yıxılırlar, bunun qarşısını almaq mümkün deyil.

Doğrudur, uşağın yıxılması onun ayaq üstə gəzməyə, qaçmağa və hoppanmağa öyrənməyin normal bir hissəsidir və heç də bütün yıxılmalar təhlükəli deyil. Buna baxmayaraq, uşağın çarpayıdan, masadan, pilləkəndən və oyun meydançalardakı avadanlıqdan yıxılması əksər  travmalara səbəb olur. Bunların da qarşısını almaq mümkündür.