Gigiyena nədir?

Gigiyena – insan sağlamlığını qorumaq haqqında elmdir. Gigiyena qaydalarına riayət etmək sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir. Bədənin və ətraf-mühitin təmizliyinə  diqqət etməklə orqanizmi müxətlif  xəstəliklərdən, infeksiya və bakteriyalardan qorumaq olar. Bu bölmədə gigiyena qaylarına doğru əməl etmək və sağlamlığı qorumaq istiqamətində ətraflı biliklər əldə edə bilərsiz.

MƏQALƏLƏR
ÇAP MATERİALLARI
VİDEOLAR
Gigiyena qaydaları

         

Sağlamlığın qayğısına qalmaq nədən başlayır?

  

TEZ-TEZ VERİLƏN SUALLAR

Dişlər hər yemək yedikdən sonra fırçalanmalıdır?

Dişlər gündə 2 dəfə: səhər və axşam fırça və diş pastası ilə təmizlənməlidir. Başqa bir şəxsin diş fırçasından istifadə etmək olmaz. Yeməkdən sonra diş sapından istifadə edilməli, ağız boşluğu yaxalanmalıdır. Çox isti və çox soyuq yeməklər diş minasını zədələyir. Diş və diş əti xəstəliyinin ilk əlamətləri baş verərsə, dərhal diş həkiminə müraciət etmək lazımdır. Profilaktik müayinə üçün diş həkiminə ən azı ildə iki dəfə müraciət etmək tövsiyə olunur.

Kitab oxuyarkən gözdən nə qədər məsafədə tutulmalıdır?

kitab gözlərdən 35-40 sm məsafədə olmalıdır

Əlləri əsasən nə zaman yumaq lazımdır?

  • Yeməyin hazırlanmasından əvvəl və sonra, yeməkdən əvvəl əlləri yumaq vacibdir.
  • Pul vəsaitləri ilə təmasdan əllər vasitəsilə orqanizmə müxtəlif infeksiya və bakteriyalar keçə bilər. Ona görə pula əl vurduqdan sonra əllər dərhal yuyulmalıdır.

Həmçinin:

  • Öskürdükdən, asqırdıqdan sonra
  • Hardansa evə qayıtdıqdan sonra
  • Ayaqyolu istifadəsindən sonra
  • Zibilə toxunduqdan sonra
  • Xəstə adama qayğı göstərdikdən əvvəl və sonra
  • İctimai nəqliyyatdan istifadə etdikdən sonra
  • Heyvan, heyvan qidaları və ya heyvan tullantılarına toxunduqdan sonra əllər yuyulmalıdır.