UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Gigiyenada əsas 10 qayda
- Gigiyena – insan sağlamlığını qorumaq haqqında elmdir.
- Gigiyena qaydalarına riayət etmək sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir.
- Hər səhər yuxudan duranda əlləri, üzü, boyunu və qulaqları su ilə yumaq lazımdır.
- Dişləri səhər və yatmazdan əvvəl fırçalamaq, hər yeməkdən sonra ağızı yaxalamaq vacibdir.
- Həftədə bir dəfədən az olmayaraq, yayda isə gündə iki dəfə duş qəbul etmək faydalıdır.
- Yuyunduqdan sonra yataq dəstini dəyişmək lazımdır.
- Alt paltarları və corabları isə gündəlik dəyişmək vacibdir.
- Geyim müntəzəm yuyulmalıd, hər bir ailə üzvünün öz dəsmalı və yataq yeri olmalıdır.
- Əllər yeməkdən əvvəl, öskürdükdən, asqırdıqdan sonra, hardansa evə qayıtdıqdan sonra, tualetdən, heyvanlarla oyundan, xəstəyə qulluq etdikdən sonra yuyulmalıdır.
- Diqqət! Gigiyena qaydalarına əməl etmək yalnız insanın özü üçün deyil, ətrafdakılar üçün də vacibdir!