UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Xəstəliklərin yaranmasının qarşısını alın.
- Ayaqyolundan istifadədən sonra
- Yeməkdən əvvəl
- İctimai nəqliyyatdan istifadədən sonra
- Burun silindikdən sonra
Əlyuma qaydaları
- Həmişə əvvəlcə əllərini islat!
- Sabundan istifadə et!
- 15 saniyə sürtərək yu!
- Yaxala və dəsmalla qurula!
Bir çox xəstəliklər var ki, əllərinizi vaxtaşırı yuduqda onlardan yaxa qurtarmış olursunuz. İnsanların belə xəstəliklərlə xəstəxanaya düşmə səbəbi onların yeməkdən əvvəl əl yumamasından irəli gəlir.
Hepatit A və diareya (mədə-bağırsaq sisteminin pozulması) xəstəlikləri də əllərin natəmizliyindən yaranan xəstəliklərdir.
Yoluxucu xəstəliklərin 80%-i təmasla ötürülür. Əlləri sabunla yumaq tənəffüs yollarının iltihabı hallarını 23% azaldır. Əllər təmiz olduqda mikroblar daha tez məhv olur, çirkli əllərdə isə 95% hallarda çoxalır.
Yadda saxlayın!
Əllərin təmiz olması üçün onları sabunla yumaq mütləqdir. Birinci dəfədə dəri üzərindən mikroblar gedir, ikinci yumada isə açılmış məsamələr təmizlənir.
