UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Əllərinizdə virusun bütün izlərini aradan qaldırmaq üçün əllərinizi sürətlə ovuşdurmaq və yaxalamaq kifayət etmir. Aşağıda əllərin effektiv şəkildə yuyulması prosesi addımbaaddım təsvir edilmişdir:
- Addım 1: Əllərinizi axar su ilə isladın
- Addım 2: İslanmış əllərin hər tərəfini sabunlayın
- Addım 3: Əllərinizin hər tərəfini, o cümlədən əllərin arxa hissəsini, barmaqların arasını və dırnaqların altını ən az 20 saniyə ərzində ovuşdurun.
- Addım 4: Axar su ilə əllərinizi yaxalayın
- Addım 5: Əllərinizi təmiz dəsmal və ya tək istifadəlik salfetlə qurulayın
2. Əllərimi nə qədər müddət yumalıyam?
Əllərinizi ən az 20-30 saniyə yumalısınız. Vaxtı ölçməyin asan yollarından biri "Ad günü" (Happy birthday) mahnısını iki dəfə tam şəkildə oxumaqdır.
Əllər üçün dezinfeksiyaedici vasitədən də eyni şəkildə istifadə edin: tərkibində ən az 60% spirt olan dezinfeksiyaedici vasitədən istifadə edin və əllərinizin hər yerini ən az 20 saniyə ərzində bu vasitə ilə ovuşdurun.
3. Əllərimi nə vaxt yumalıyam?
- Burnunuzu sildikdən, öskürdükdən və ya asqırdıqdan sonra
- İctimai yerlərə, o cümlədən ictimai nəqliyyat, bazar və ibadət yerlərinə getdikdən sonra
- Evdən çöldə yerləşən əşyaların səthinə, o cümlədən pula toxunduqdan sonra
- Xəstə olan şəxsə qayğı göstərdikdən əvvəl və sonra, o cümlədən qayğı göstərən zaman
- Yeməkdən əvvəl və sonra
Ümumilikdə, siz aşağıdakı hallarda hər zaman əllərinizi yumalısınız:
- Tualetdən istifadə etdikdən sonra
- Yeməkdən əvvəl və sonra
- Zibili atdıqdan sonra
- Heyvanlara və ev heyvanlarına toxunduqdan sonra
- Körpələrin bezini dəyişdirdikdən və ya uşaqları tualetə apardıqdan sonra
- Əlləriniz bariz şəkildə çirkli olduqda
4. Əllərimi yumaq üçün isti sudan istifadə etməliyəmmi?
Xeyr, siz əlləriniz yumaq üçün istənilən temperaturda olan sudan istifadə edə bilərsiniz. Sabundan istifadə etdiyiniz müddətdə soyuq və isti su mikrob və virusların öldürülməsinə bərabər səviyyədə effektivdir!
5. Əllərimi dəsmalla qurulamalıyammı?
Mikroblar quru dəri ilə müqayisədə nəm dəridə daha asanlıqla yayılır, buna görə əllərinizi tam şəkildə qurulamaq vacibdir. Kağız dəsmallar və ya təmiz parçalar mikrobları digər səthlərə yayılmadan məhv etməyin ən effektiv yoludur.
6. Hansı daha yaxşıdır: əllərinizi yumaq yoxsa dezinfeksiyaedici vasitədən istifadə etmək?
Ümumilikdə, düzgün şəkildə istifadə olunduğu müddətdə həm əlləri sabun və su ilə yumaq, həm də dezinfeksiyaedici vasitədən istifadə etmək əksər mikrob və patogenlərin öldürülməsində həddindən artıq effektivdir. Dezinfeksiyaedici vasitə, adətən, çöldə olduğunuz zaman istifadə üçün daha rahatdır, ancaq fövqəladə hallar zamanı onu tapmaq çətin ola və ya baha başa gələ bilər. Bundan başqa, spirt tərkibli dezinfeksiyaedici vasitələr koronavirusu öldürür, ancaq bütün növ bakteriya və virusları öldürmür. Məsələn, bu vasitələr norovirus və rotavirusa qarşı nisbətən təsirsizdir.
7. Sabun olmadıqda nə etməliyəm?
Xlorlu su və ya tərkibində ən az 60% spirt olan dezinfeksiyaedici vasitədən istifadə etmək sabun və axar su olmadıqda ən yaxşı alternativ seçimdir. Bunlar mövcud olmadıqda sabunlu su və ya kül effektiv olmasa belə, bakteriyaların məhv edilməsinə kömək edə bilər. Bu metodlardan istifadə etdikdə əllərin yuyulması üçün vasitələrdən istifadə imkanı yaranan kimi əllərinizi yumaq, eyni zamanda, digər insanlar və əşyaların səthi ilə təmasdan çəkinmək lazımdır.