UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Gözləri necə qorumaq olar?
Küləkli havada ehtiyatlı olun. Bu zaman gözləri qorumaq üçün geniş çərçivəli gözlüklərdən istifadə etmək tövsiyə olunur. Bol miqdarda su için
Vücudumuzun 60%-ni təşkil edən su göz sağlamlığı üçün də çox əhəmiyyətlidir.
Kifayət qədər su qəbul etmədikdə gözyaşı ifrazı azalır.
Günəş gözlüyü istifadə edin.
Küləyə, soyuğa və günəş şüalarına qarşı qış vaxtı da günəş gözlüyü taxmaq tövsiyə olunur.
Ekran qarşısında işləyərkən gözlərinizi mütləq dincəldin
Kompüter qarşısında olduqda gözlərimizi normada qırpdığımızdan daha az qırpırıq. Bu da göz səthindən buxarlanmanı artırır. Kondisionerin təsiri və quru hava gözlərin quruması problemini daha da artırır. Ekran başında işləyərkən gözləri bir saatda 3 dəfə 20 saniyə ərzindən ekrandan uzaqlaşdırın və uzaqda olan bir nöqtəyə ən azı 20 saniyə baxın.
Mütaliə edərkən bu qaydalara riayət olunmalıdır:
oturduğun yerə kənardan lampa işığı düşməlidir:
kitab gözlərdən 35-40 sm məsafədə olmalıdır
mütaliə edərkən otağın işığı orta səviyyədə olmalıdır, çox parlaq işıq, eyni zamanda yarıqaranlıq göz üçün zərərlidir.
işığın səmtini gözə yox, kitaba tərəf yönəldin
uzanmış halda kitab oxumağı unudun
kitab oxuyan zaman mütləq şaquli vəziyyət alaraq dik oturun
ehtiyac olmazsa, kitabı gözünüzə çox yaxınlaşdırmayın
Əgər uzun zaman mütaliə ilə məşğul olacaqsınızsa, gözlərinizin qayğısına qalın və hər saatdan sonra mütləq fasilə edin və istirahətə vaxt ayırın.
Həyatın erkən mərhələlərində uşaqlarda bir çox mühüm göz xəstəlikləri yarana bilər. Yalnız dəqiq müayinə və düzgün müalicənin aparılması nəticəsində uğurlu nəticə əldə etmək olar.
0-16 yaşlı uşaq və yeniyetmələrin gözlərini qorumaq üçün onların aşağıda qeyd edilmiş tezlikdə mütəmadi olaraq müayinədən keçməsi vacibdir.
1 yaşında məktəbə getməzdən əvvəl məktəbdə oxuyan zaman
Lakin aşağıdakı əlamətlərdən hər hansı biri meydana çıxarsa, dərhal göz xəstəlikləri sahəsində ixtisaslaşmış həkimə (pediatrik oftalmoloqa) müraciət etmək lazımdır.
Gözlərdə qızartı və ya gözlərin sulanması
Gözlərin titrəməsi
Çəpgözlük və ya gözün qapanması
Adətən, qara olan göz bəbəyinin ağ ləkələri və ya bulanıq rəngi
Daim əşyalara yaxından baxmaq
Başı bir tərəfə əyib seyr etmək
Tez-tez gözləri ovuşdurmaq
Göz xəstəliklərinə irsi meyillilik
Uşaqlarda rast gəlinən göz xəstəlikləri
Uşaqlarda ən çox yayılan göz xəstəlikləri göz tənbəlliyi, çəpgözlük , miopiya, hiperopiya, astiqmatizmdir.
Tez-tez dəyişən hava şəraiti nəticəsində immun sisteminin zəiflməsi ilə gözlərdə də xəstəliklərin yaranma riski artır. Soyuq və quru hava gözlərdə qaşıntıya, sulanmaya, qızartıya səbəb olaraq konyunktivit xəstəliyi yarada bilər.
İş yerləri, məktəb, kinoteatr, alış-veriş mərkəzləri, ictimai nəqliyyat kimi qapalı və insanların çox olduğu yerlərdə göz infeksiyası riski yüksəlir. Odur ki, asqırdıqda və öskürdükdə mütləq dəsmaldan istifadə etməli, əllər tez-tez yuyulmalı, otaqlar müntəzəm olaraq havalandırmalı, kondisionerlərin filtrləri vaxtlı-vaxtında dəyişdirməlidir.