UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zorakılıq
-
Uşaq zorakılığı
Zorakılıq o zaman baş verir ki, bir kimsə digərinə yara vurmaq (fiziki və ya mənəvi), qorxutmaq, ağrı və əzab vermək üçün ona qarşı konkret hərəkətlər edəcəyini qəsdən deyir, həmin hərəkəti edir və ya hədələyir. Zorakılığın bir neçə növü var: fiziki, mənəvi, cinsi, sosial, psixoloji. Zorakılığın hər bir növü barəsində səhifədə məlumatlar əldə edə bilərsiz.
Ətraflı -
Məişət zorakılığı
Zorakılıq kompleks bir anlayışdır. Zorakılıq tez- tez yaralanma, zərər yetirmə, məhrumiyyət və ya ölümlə nəticələnə bilən qüvvə təhdidi və istifadəsi kimi başa düşülür. Fiziki, şifahi və ya psixoloji formada ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zorakılığa "ölüm, psixoloji ziyan və ya məhrum etmə ilə nəticələnən və ya nəticələnmə ehtimalı yüksək olan, özünə, başqa bir şəxs ə və ya bir qrupa və ya cəmiyyətə qarşı təhdid və ya faktiki olaraq fiziki qüvvənin və ya gücün qəsdən istifadəsi" kimi tərif verir. Bu tərif qəsdən edilməni vurğulayır və güc əlaqələrindən yaranan hərəkətləri əhatə etmək üçün konsepsiyanı genişləndirir.
Ətraflı -
Kiberbulinq
Kiber (bullinq) zorakılıq rəqəmsal texnologiyaların istifadəsindən əmələ gələ bilən zorakılıq növüdür. Bu, sosial mediada, mesajlaşma və ya oyun platformalarında, və mobil telefonlarda baş verə bilər. Bu, hədəfə alınanları qorxutmaq, qəzəbləndirmək və ya utandırmaq məqsədi daşıyan və təkrarlanan davranışdır.
Ətraflı -
Məktəbdaxili zorakılıq
Məktəbdaxili zorakılıq məktəbdə uşaqlar, müəllimlər və ya digər şəxslər tərəfindən təhqir olunma, alçaldılma, fiziki işgəncə və ya digər xoşa gəlməz hərəkətlərə yol verilmə deməkdir. Məktəbdaxili zorakılığa uğramamaq, zorakılığa məruz qalarkən hansı addımlar atmaq barədə bu səhifədə ətraflı məlumatlar oxuya bilərsiz.