Dünyada hər gün 720 uşaq yol-nəqliyyatqəzalarında həyatını itirir. Dünya miqyasında yol-nəqliyyat travmaları 10-19 yaşlı insanların aparıcı ölüm səbəbidir. Yüksək və orta gəlirli ölkələrdə yol-nəqliyyat hadisələrində ölümlərin əksəriyyəti piyadalar, avtomobil və ya iki təkərli nəqliyyatın sərnişinləri arasında baş verir. Yüksək gəlirli ölkələrdə ən çox ölüm təcrübəsiz sürücülər arasında olur. Uşaqlar arasında daha çox baş verən qeyri-ölümcül zədələnmələrə baş-beyin və əl-ayaq travmaları aiddir. Yol-nəqliyyat travmaları uşaq əlilliyinin aparıcı səbəbidir.
Piyada maşın yolunu necə düzgün keçmək lazımdır?
Piyada dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir.
Velosiped sürərkən dəbilqədən istifadə etmək vacibdir?
Qəzalar zamanı baş və beyin travmalarının və ölüm hallarının azaldılması üçün ən effektli üsul dəbilqələrin (şlem) başa taxılmasıdır. Ona görə velosiped sürənlər də başlarına dəbilqə taxmalıdırlar.