UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Yol hərəkəti təhlükəsizliyi və gənclər barəsində 10 fakt

Yol-nəqliyyat qəzaları dünyada 10-24 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Hər il 25 yaşadək 400 000 gənc yol-nəqliyyat qəzaları zamanı dünyasını dəyişir ki, bu da gündə təxminən 1000 nəfər təşkil edir. Əksər ölüm halları gəliri aşagı və orta səviyyədə olan ölkələrin payına düşür. Daha çox qəzalara düşənlər yol hərəkətinin ən zəif iştirakçıları, yəni piyadalar, velosipedçılər, motosikletçilər və nəqliyyat sərnişinləri olur.

Fakt 1

Hər gün yol-nəqliyyat qəzalarında 25 yaşadək 1000 uşaq və  gənc həlak olur. Yol-nəqliyyat travmaları 10-24 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. 

Fakt 2

Gəliri aşagı və orta səviyyədə olan ölkələrdə yol qəzalarında həlak olan və ya travma alan əksər gənclər piyada, velosipedçı, motosikletçi ya da nəqliyyat sərnişinləri olur.

Gəliri yüksək səviyyədə olan ölkələrdə isə yol-nəqliyyat qəzalarının qurbanları əsasən nəqliyyat vasitələrini yeni idarə etməyə başlayan sürücülərdir.

Fakt 3

Yolların tikilməsi və yol hərəkəti təhlükəsizliyinin planlaşdırılması zamanı, bu sahədə siyasəti müəyyənləşdirən şəxslər uşaqların acizliyini, onların nisbi təcrübəsizliyini, fərqli inkişafını, eləcə də oynamaq və təhlükəsiz hərəkət etmək tələbatlarını nəzərə almalıdır.

Fakt 4

Kişi sürücüləri arasında daha çox yayılmış yol hərəkəti qaydalarının pozulması kimi sürətin artırırması 1/3 hallarda bütün yol-nəqliyyat qəzalarının səbəbi olur.

Bəzi ölkələrdə fərqli sürücülük vəsiqələri sistemi nəqliyyat vasitələrini yeni idarə etməyə başlayan sürücülərə sürətli yollarda hərəkət etməyi qadağan edir.

Fakt 5

Spirtli içkilərin qəbul edilməsi üçün yol-nəqliyyat qəzaları riskini dəfələrlə artırır. Nəqliyyat vasitəsinin spirtli içkilərin təsiri altında idarə olunmasına yol verilməməlidir.

Fakt 6

Motosiklet qəzaları zamanı baş və beyin travmalarının və ölüm hallarının azaldılması üçün ən effektli üsul dəbilqələrin (şlem) başa taxılmasıdır. Şərait yaratmaq lazımdır ki, velosiped sürən uşaqlar da başlarına dəbilqə taxsınlar.

Fakt 7

Düzgün istifadə olunan təhlükəsizlik kəmərləri qəza zamanı ölüm riskini 61% azaldır.

Fakt 8

Uşaqlar üçün xüsusi oturacaqların istifadəsi yol qəzaları zamanı uşaq ölümünü 35%-dək azalda bilər. Uşaqları, onların yaşı və çəkisinə uyğun oturacaqlarda yerləşdirmək vacibdir.

Fakt 9

Piyadalar və velosipedçiləri yollarda, xüsusilə də gecə vaxtı görmək çətin olur. Parlaq və ya işığı əks etdirən geyim onları daha görünən edir və qəzaların qarşısının alınmasında kömək edir.

 Fakt 10

Uşaqlar fiziki, psixoloji və fizioloji cəhətdən böyüklərdən fərqlidir. Aldıqları yardımın keyfiyyəti və növü onların qəzadan sonra ümumi bərpa olunmasına və cəmiyyətin tam dəyərli bir üzvü kimi yaşamasına təsir göstərəcək.

UNUTMAYIN! Yolların təhlükəsiz olması bizim hər birimizdən asılıdır.

ÖZÜNÜN VƏ BAŞQALARIN HƏYATI İLƏ OYNAMA!

TƏHLÜKƏSİZ HƏRƏKƏT ET!