UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Yol-nəqliyyat travmaları

Faktlar

  • Dünyada hər gün 720 uşaqyol-nəqliyyatqəzalarında həyatını itirir.
  • Dünya miqyasında yol-nəqliyyat travmaları 10-19 yaşlı insanların aparıcı ölüm səbəbidir.
  • Yüksək və orta gəlirli ölkələrdə yol-nəqliyyat hadisələrində ölümlərin əksəriyyəti piyadalar, avtomobil və ya iki təkərli nəqliyyatın sərnişinləri arasında baş verir.
  • Yüksək gəlirli ölkələrdə ən çox ölüm təcrübəsiz sürücülər arasında olur.
  • Uşaqlar arasında daha çox baş verən qeyri-ölümcül zədələnmələrə baş-beyin və əl-ayaq travmaları aiddir.
  • Yol-nəqliyyat travmaları uşaq əlilliyinin aparıcı səbəbidir.

Yanlış fikir: Mən öz uşağımı qəza zamanı qoruya bilərəm.

Avtomobillə hərəkət edərkən heç vaxt uşağı qucağınızda saxlamayın. Bu halda qəza zamanı uşağı qorumaq mümkün deyil. Sürəti 60 km/saatda hərəkət edən avtomobilin qəza zamanı içərisində irəli hərəkət edən uşağı saxlamaq 500 kq ağırlığında yükü dayandırmaq cəhdinə bərabərdir. Sınaqlar göstərirlər ki, avtomobil qəzası zamanı uşaq qucaqdan çıxaraq avtomobilin içərisinə çırpılır və hətta qabaq şüşəni bədəninin zərbəsi ilə sındıraraq çölə atılır.

Nə etmək lazımdır?

  • Nümunəvi olun: sürəti artırmayın, içkili vəziyyətdə nəqliyyatı idarə etməyin, yol hərəkəti qaydalarını pozmayın və həmişə təhlükəsizlik kəmərindən istifadə edin.
  • Əmin olun ki, avtomobillə hərəkət edən uşaqlar yaşlarına uyğun ölçüdə xüsusi oturacaqlarda düzgün yerləşdiriliblər.
  • Əmin olun ki, velosiped və ya motosikletlə hərəkət edən uşaqlar yaşlarına uyğun ölçüdə dəbilqədən istifadə edirlər.
  • Digər yol hərəkəti iştirakçıları üçün daha yaxşı görünməsi məqsədilə yollarda piyada və ya velosipedlə hərəkət edən uşaq və yeniyetmələri ağ və ya parlaq rəngi olan, ya da işıq qaytaran geyimdən istifadə etməyə həvəsləndirin.
  • Yol keçməzdən əvvəl dayanmaq və diqqətlə yola nəzarət etməyi, təhlükəsiz yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməyi uşaqlara öyrədin.

Hansı xüsusi avtomobil oturacağı uşaq üçün yararlıdır? 

Avtomobilə quraşdırılacaq oturacağın uşağa münasib olması onun boyu və bədən çəkisi ilə ölçülür. Təhlükəsizliyi təmin edən uşaq oturacaqları çox vaxt bədən çəkisi dərəcələrinə uyğun qruplara bölünür. Bəzi oturacaqlar bir neçə bədən çəkisi dərəcəsinə uyğunlaşdırıla bildiyinə görə uşağın bədən çəkisi artdıqda belə onlardan istifadə etmək mümkündür. Xüsusi oturacağın uşağınız üçün yararlı olmasına və avtomobilinizdə düzgün yerləşdirilməsinə əmin olmaq üçün oturacaq istehsalçısının təlimatlarına riayət edin.

Qrup

Uşaq oturacağının növü

Bədən çəkisinin dərəcəsi

Uşağın yaşı

1

Körpə üçün üzü arxa tərəfə yönəldilmiş oturacaqlar (iki növ oturacaq)

Bədən çəkisi 9 kq.-dək və ya 13 kq.-dək olan körpələr üçün (oturacaq növündən asılıdır)

Doğulan gündən 12-15 ayadək

2

Uşaq üçün üzü irəli tərəfə yönəldilmiş oturacaq

9-18 kq.

9 aydan 4 yaşadək

3

Əlavə oturacaq

15-25 kq.

4-6 yaş

4

Söykənəcəksiz əlavə oturacaq

22-36 kq. (boyu təxminən 150 sm.-dək olan uşaqlar üçün)

6-11 yaş