Bir çox yeniyetmələr maraq ucbatından siqaretə əl atırlar, digərləri isə siqaretlə daha yaşlı görünmək istəyir ki, artıq uşaq kimi qəbul olunmasın. Yeniyetmələrin siqaretə və digər zərərli vərdişlərə marağı həm də yeni təcrübə qazanmaq və həmyaşıdları qarşısında özünü təsdiq etmək istəyi ilə əlaqələndirilir. Bundan əlavə, yeniyetmələr ümumiyyətlə riskli davranışlara meyllidirlər: yeniyetmə üçün bu, özləri haqqında daha çox öyrənmək və imkanlarını yoxlamaq üçün bir yoldur. Bu davranış 15-16 yaşlarında zirvəyə çatır və adətən erkən yetkinlik dövründə yox olur. Şagirdlərə müəllimlər tütündən uzaq dayanmaq barədə maarifləndirmə söhbətləri aparmalı, əyani olaraq sağlamlığa vurduğu ziyanları göstərməli və daima zərərli vərdişlər barədə mövzuları diqqətdə saxlamalıdırlar.
- Tütün və tütün məmulatı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
- AZƏRBAYCAN RESPUBLİKASININ MÜVAFİQ QANUNVERİCİLİYİNİN “TÜTÜNƏ QARŞI MÜBARİZƏ HAQQINDA” ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATININ ÇƏRÇİVƏ KONVENSİYASINA UYĞUNLUĞUNUN MÜQAYİSƏLİ TƏHLİLİ
- “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” (Çıxarışlar)
- Gənclər arasında tütündən istifadənin qlobal təqdimatı