Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində insanın fiziki, psixoloji, sosial rifahının məcmusudur. Reproduktiv sağlamlıq cinsi tərbiyəni və bu istiqamətdə sağlamlığın qayğısına qalmağı, xəstəliklərdən qorunmaq üçün biliklərə yiyələnməni özündə ehtiva edir. Ümumi sağlamlığın ən vacib hissə olan reproduktiv sağlamlığın qorunması gələcəkdə xəstəliklərdən uzaq, sağlam ailəyə və övladlara sahib olmaq deməkdir.
Menopauza nədir?
Menopauza (klimaks) yaşla bağlı yumurtalıqların fəaliyyətinin təbii azalmasıdır. Adətən, klimaks 50 yaş ərəfəsində baş verir və üzün qızarması, tərləmə, aybaşıların qeyri-müntəzəm olması ilə müşayiət edilir.
Qadında sonsuzluq riskini artıran amillər hansılardır?
Yaşa dolduqca qadının hamilə olmaq ehtimalının azalması səbəbləri:
- Onun yumurtalıqlarında yumurta hüceyrələrini yetişdirib hasil etmə qabiliyyəti azalır
- Yumurtalıqlarda yumurta hüceyrələrinin sayı azalır
- Yumurta hüceyrələri əvvəlki kimi sağlam deyildir
- Fertilliyə mənfi təsir göstərən sağlamlıq problemlərinin ehtimalı artır
- Hamiləliyin düşüklə nəticələnməsi ehtimalı artır
- Tütünçəkmə
- Spirtli içkilərin qəbulu
- Bədən çəkisinin həddindən çox artması və ya azalması
- Amenorreyaya (aybaşıların kəsilməsinə) gətirən hədsiz fiziki və ya emosional stress
Selektiv abort nədir?
Selektiv abort-cinsi mənsubiyyətə görə hamiləliyin (adətən, 12-ci həftəsindən sonra) süni pozulmasıdır.