UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Tütünçəkmə ailənizin seçiminə necə təsir göstərir?
Tütünçəkmə:
- Hamiləliyin qarşısını alan həblər qəbul etdikdə orqanizmdə ciddi problemlər yaradır.
- Hamiləliyin qarşısını alan həblərin effektivliyinin azalmasına səbəb olur.
- Xərçəngə gətirib çıxara bilən uşaqlıq boynu və süd vəzisi toxumasını dəyişə bilir.
- Boru hamiləliyin riskini artırır
- İstədiyiniz zaman hamilə qalma imkanını azaldır
- Hamiləlik ağırlaşmalara gətirib çıxara bilir
- Tütün çəkən qadınların dünyaya gətirdiyi körpələr çox vaxt həddən artıq kiçik çəki ilə, vaxtından əvvəl və qeyri-sağlam doğulurlar
Tütünçəkmənin qadınlara vurduğu ziyan nədir?
Tütün məmulatlarından istifadə:
- Orqanizmi oksigen, enerji və vitaminlərdən məhrum edir.
- Dərinin qırışmasına və erkən menapauza da daxil olmaqla erkən yaşlanmaya səbəb olur.
- Çanağın iltihabi xəstəliyi riskini artırır, ciddi və ağrılı infeksiya yaradır.
- Asteoparaz riskini artırır (sümüklər zəif və kövrək olur).
Siqaretdən imtina etdikdə:
- Daha gümrah və enerjili olacaqsınız
- Sərf etmək üçün daha çox pulunuz olacaq
- Dəriniz daha hamar və daha şəffaf olacaq
- Xərçəng insult və ürək problemləri riskiniz azalacaq
- Uşaqlarınızın gələcəkdə tütünçəkmə ehtimalı azalacaq
Siqareti tərgitmək istəyənlərə mane olan nədir?
Yanlış fikirlər:
- Artıq çəki – “Xarici görünüşümə diqqət yetirirəm, siqareti alan çəki çox çəki alacağımı bilirəm”.
- Stress – “Həyatım çox gərgindir. Stresdən başqa cür necə azad ola bilərəm?”
- Ailə/Dostlar – “Ətrafımda hər kəs tütün istifadəçisidir. Belə bir mühitdə siqaretlə necə mübarizə apara bilərəm?”
- Əhval-ruhiyyə - “Kədərli, tənha vaxtlarımda və ya darıxanda siqaret çəkirəm. Bu, öz narahatlığını başqalarına ötürməkdən daha yaxşıdır”.
- Uğursuzluq – “Siqareti tərgitməyə çox çalışdım, lakin heç nə mənə kömək etmir”.
- Əyləncə - “Çox işləyirəm, əylənməyə vaxtım yoxdur. Siqaret yeganə əyləncəmdir”.