Uşaq məktəbə getməyə başlayandan onun sağlam qidalanmasına olan tələblər daha da artır, çünki məktəblilər yüksək psixoloji və zehni yükləmələr keçirirlər. Fəal şəkildə böyüməyə davam edən bədənin qidalanmasına kifayət qədər diqqət yetirilməlidir. Bu bölmədə 7 yaşdan yuxarı uşaqların əqli və fiziki inkişafı üçün hansı qidalara ehtiyacı olduğunu, bir şagirdin gündəlik nə qədər qida qəbul etməli olduğunu, qidalanma menyusunu necə ən yaxşı şəkildə qurmağı öyrənəcəksiniz.
Səhər yeməyini hansı qidalar təşkil etməlidir?
Məktəblilərin səhər yeməyi yüksək enerji mənbəyi ilə bol olmalıdır. Səhər yeməyində kifayət qədər zülal (yumurta, kəsmik, pendir, ət və ya toyuq katleti və s.), yağ (kərə yağı, avokado, zeytun və s.) və müəyyən qədər karbohidrat (çörək, banan, xiyar, pomidor,alma, portağal və s. ) yer almalıdır.
Qidalanma rejimi çəkimizə necə təsir edir?
Qidalanma rejimi çəkinin artmasına və ya azalmasına gətirən əsas faktorlardan biridir. Əgər qidanızı daha çox karbohidratlar (un məmulatları), trans yağlar, qızardılmış yeməklər təşkil edirsə, kilo almaq ehtimalı yüksəlir. Ona görə balanslaşdırılmış qidalanma çəkinin normaya gəlməsinə köməklik göstərir. Hər bir insanın gündəlik rasionunda zülal, yağlar və karbohidratlar balans təkil etməldiir.