UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Sağlam və rasional qidalanma nədir?

Tövsiyələr          

Bu kitapçada verilən tövsiyələr nəinki ürək və damarların sağlamlığını qorumağa kömək edir, həmçinin digər xəstəliklərin (məs: onkoloji   xəstəliklərin (məs: onkoloji xəstəliklərin) yaranma riskini də aşağı salır.

Sağlam qidalanma ürək-damar sistemi xəstəliklərinin ümumi riskinin azaldılmasının ayrılmaz hissəsidir. Bu, çəkinin normaya düşməsi, qan təzyiqinin aşağı salınması, tromboza meyilliyinin azalması ilə özünü göstərir.

Ürək-damar xəstəlikləri və qidalanma

Ürək-damar xəstəlikləri insanlar arasında ən çox təsadüf olunan və həyat üçün təhlükə doğuran xəstəlikdir. Odur ki, bu xəstəliyin profilaktikası, erkən diaqnostikası insanın həyat və iş qabiliyyətinin uzun müddət saxlanılmasında böyük rol oynayır.

Ürək-damar xəstəliklərinə aiddir:          

  • Yüksək arterial təzyiq (arterial hipertenziya və ya hipertoniya)
  • Koronor xəstəlik (ürəyin işemik xəstəliyi)
  • Kardiomiopatiyalar (ürək əzələsinin xəstəlikləri)
  • Kardiomiopatiyalar (ürək əzələsinin xəstəlikləri)
  • Anadangəlmə ürək qüsurları
  • Miokardit, perikardit
  • Ürək qulaqcılarının zədələnmələri
  • Ürək ritminin pozulmaları
  • Ürək çatışmazlığı
  • İnfarkt
  • İnsult
  • Ürəyin digər xəstəlikləri
  • Ürək-damar xəstəliklərinin profilaktikası

Sağlam həyat tərzi və sağlam qidalanma vərdişləri ürək-damar xəstəliklərinin profilaktikasında əsas yer tutur. Avropa Kardioloji Cəmiyyəti və Avropa Ateroskleroz Cəmiyyətinin sağlam qidalanma ilə bağlı ümumi prinsipləri belədir:

  • Qidanın ümumi enerjisi dəyərində bütün yağların həcmi 30%-dən çox olmamalıdır
  • Doymuş yağların həcmi istifadə edilən yağların ümumi həcminin 1/3-dən çox olmamalıdır
  • İstifadə edilən xolesterinin gündəlik həcmi 300 mq-dan az olmalıdır.
  • Tərəvəz və dəniz balıqlarında olan mono və poli-doymamış yağlardan daha çox istifadə edilməlidir.
  • Təzə meyvə, dənli bitkilər və tərəvəzdə olan karbohidratlar daha çox istifadə edilməlidir
  • Hipertoniya və artıq çəkisi olan insanlar duzdan gündə 5 qramdan az istifadə etməlidirlər.
  • Artıq çəkisi olan insanlara qida kalorisini azaltmaq vacibdir.

Qidalanma qaydaları

İlk növbədə, hər məhsul qrupundan ürəyə zərəri olmayan ərzaqları seçmək lazımdır.

Çörək və taxıl məhsulları

Hər gün menyuya daxil edilməlidir. Dənin tərkibində onun bütün hissələri (rüşeym, dən, gül qabıqları və s.) olduqda o, bütöv dənli bitki adlanır. Bütöv dənli bitki zülal və kompleks karbohidratların, qida liflərinin, B qrupu vitaminlərinin və mineralların mühüm mənbəyidir. Bütöv dənli bitki məhsullarında olan çoxlu miqdarda qida lifləri xolesterinin səviyyəsinin azalmasına kömək edir.

Bu səbəbdən də bütöv dənli bitki unundan, kəpəkli undan hazırlanmış çörək, tünd rəngdə düyü, bütöv dənli bitki unundan makaron məmulatları, yulaf və qarabaşaq yarmasından sıyıqlar yemək məsləhətdir. Ağ undan hazırlanmış məmulatların istifadəsi isə məsləhət görülmür.

Tərəvəz və paxlalılar

Vitaminlərin, mineralların və qida liflərinin əvəzedilməz mənbəyidir. Tərəvəzləri buğda bişirmək və ya xırda doğranmış çiy halda yemək lazımdır. Tərəvəzlər yağı özünə çəkdiyi üçün onları ətlə birgə hazırlamaq olmaz.

Çuğundur və balqabağın faydası daha çoxdur. Gündə əlavə olaraq 1 porsiya meyvə və tərəvəzlər yemək, ürək-damar xəstəlikləri riskini 4%, infarkt riskini 6% aşağı salır.

Tərəvəzlər yüksək qan təzyiqinin aşağı düşməsinə kömək edir. Gün ərzində ən azı 300 – 400 qram tərəvəz yemək lazımdır.

Meyvələr və giləmeyvələr

Orqanizmin vitaminlərlə, karbohidratlar və minerallarla, həmçinin antioksidantlarla təchiz olunmasını təmin edir. Sıyıqlara giləmeyvə və şirələr qatıb yemək olar. Bu qrup məhsulları gündə 200 qrama qədər yemək məsləhətdir.

Ət, balıq və yumurta         

Ürək-damar sistemi xəstəliklərində tərkibində omeqa-3 yağ turşuları olan məhsulların qəbulu məsləhət görülür (bu daha çox balıqda olur). Omeqa-3 yağ turşuları qan və limfa damarlarının, eləcə də ürəyin işini və arteriyaların elastikliyini yaxşılaşdırır. Əti tam olaraq balıqla əvəz etmək (duzlu balıq və konservlər istisna olmaqla) və ya günaşırı yemək olar. Duzlu ət, kolbasalar və konservlərin istifadəsi məsləhət görülmür. Ət və balıq elə hazırlanmalıdır ki, tərkibində yağ qalmasın, yəni üzərindəki piy təmizlənməli, quş ətinin dərisi soyulub çıxarılmalıdır. Ət və ya toyuq bulyonu soyudulmalıdır ki, üzərində olan donmuş yağları yığmaq mümkün olsun.

Tərkibi yüksək miqdarda doymuş yağlarla zəngin olduğu üçün piylərdən istifadə etmək qadağandır.

Gündə 1 yumurta yemək ürək-damar xəstəlikləri riskini artırmır, çünki onun tərkibində antioksidantlar, B12 və D vitaminləri, riboflamin vardır. Tərkibində xolesterin olmadığı üçün yumurtanın ağından istifadə etmək daha məqsədəuyğundur.
Süd və süd məhsulları         

Yağsız süd məhsullarına üstünlük vermək, yağlı süd məhsullarının istifadəsini isə məhdudlaşdırmaq lazımdır.

Süd tamdəyərli heyvani zülalların, kalsiumun və D vitamininin mənbəyi olduğu üçün ondan istifadə mütləq qaydada vacibdir.

Əlavə qida yağları

Yağlar mürəkkəb qida maddələri olub, yağ turşuları və qliserindən ibarətdir. Yağ turşuları doymuş və doymamış üzvi turşulara ayrılır. Doymuş yağların qəbulu sərf olunan ümumi kalorinin 10%-indən az təşkil etməlidir. Bu yağ turşuları qanda xolesterinin səviyyəsini artırmaqla ürək-damar xəstəliklərinin əmələ gəlməsinə birbaşa təsir edir. Doymuş yağ turşuları heyvan mənşəli piylər, kərə yağları və pendirlərin tərkibində olur. Doymamışc yağ turşuları bütün qida yağlarında, daha çox isə bitki yağlarında vardır. Bəzi doymamış yağ turşuları insan orqanizmində əmələ gəlmir deyə, onlar hər gün qida ilə 8-10 qram miqdarında orqanizmə daxil olmalıdır. Doymamış yağ turşuları ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir edir, orqanizmin müqavimət qabiliyyətini artırır, xolesterin mübadiləsinə təsir göstərməklə mübadilə zamanı onun orqanizmdən kənar edilməsini sürətləndirir. Məsələn, 30 qram balıq yağı qəbul etdikdə qanda olan xolesterinin miqdarı 7% azalır. Doymuş yağ turşularının çox hissəsini doymamış yağ turşuları ilə əvəz etmək məsləhət görülür. Bu isə daha çox balıq, bitki yağları, qoz, fındıq və avokadoda var.

Duz         

Duzdan istifadə gündə 5 qrama (1 çay qaşığı) qədər məhdudlaşdırılmalıdır. Bunun üçün hazır yeməyin duzunu artırmamaq, ədviyyatların duzsuz qarışı-ğından istifadə etmək və hazır məhsulların tərki-bindəki duzun miqdarına diqqət yetirmək lazımdır.

Gün ərzində yemək bərabər bölüşdürməli (gündə ən az 4-5 qəbul), son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalı və artıq miqdar təşkil etməməlidir.

Qida maddələrinin düzgün nisbətinə riayət etmək və onun müxtəlifliyini təmin etmək vacibdir. Sağlamlıq problemi olan insanlara tövsiyə olunur ki, müalicə həkimindən qidalanma ilə bağlı məsləhət almağı unutmasınlar.

Ürək-damar xəstəliklərinin profilaktikasında tövsiyə olunan qida məhsulları

Krevetka  Dəniz ilbizi Dəniz balığı Dəniz kələmi I-YOD

Yulaf, Buğda, Arpa Qarabaşaq Sıyığı

Qara və Qırmızı Qarağat

Cəfəri

Balqabaq

K-Kalium

Kişmiş Qaysı Qara Gavalı Əncir Qurudulmuş Alma İtburnu  Dəniz Kələmi

Qoz Kahı Noxud Banan Yerkökü Çuğundur Mg-MAQNİUM  C15 H10O7 KVERSETİN Alma və Alma Şirəsi