MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər

  • Tütünçəkmə

    Bir çox yeniyetmələr maraq ucbatından siqaretə əl atırlar, digərləri isə siqaretlə daha yaşlı görünmək istəyir ki, artıq uşaq kimi qəbul olunmasın. Yeniyetmələrin siqaretə və digər zərərli vərdişlərə marağı həm də yeni təcrübə qazanmaq və həmyaşıdları qarşısında özünü təsdiq etmək istəyi ilə əlaqələndirilir. Bundan əlavə, yeniyetmələr ümumiyyətlə riskli davranışlara meyllidirlər: yeniyetmə üçün bu, özləri haqqında daha çox öyrənmək və imkanlarını yoxlamaq üçün bir yoldur. Bu davranış 15-16 yaşlarında zirvəyə çatır və adətən erkən yetkinlik dövründə yox olur. Şagirdlərə müəllimlər  tütündən  uzaq dayanmaq barədə maarifləndirmə söhbətləri aparmalı, əyani olaraq sağlamlığa vurduğu ziyanları göstərməli və daima zərərli vərdişlər barədə mövzuları diqqətdə saxlamalıdırlar.

     

    Ətraflı
  • Narkomaniya

    Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik "narke" sözündən götürülüb yunan dilindən tərcümədə mənası yuxu, bihuşluq deməkdir və  ”mania”– cəzb etmə, ağılsızlıq deməkdir. Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdirlər. Narkomanlıq - xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranan və psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir. 

    Ətraflı
  • Spirtli içkilərin qəbulu

    Yeniyetmələr arasında spirt istifadəsinin qarşısının alınması müasir nəslin sağlamlığının qorunmasının əsas vəzifələrindən biridir. Yeni informasiya texnologiyalarının inkişafı yalnız ictimai şüurun intensiv yüksəlişinə deyil, həm də bir çox sosial-psixoloji problemlərin yaranmasına səbəb olmuşdur. Ailənin övladlara spirt istifadəsinin qarşısını kəsən əsas “qalxan” olmasına baxmayaraq, bu problem çox zaman uğurla həll oluna bilmir. Ona görə yeniyetmələr tərəfindən alkoqol istifadəsinə yeganə və real maneə müəllimlər ola bilər. Məhz müəllim uşağın aktual problemlərini öyrənə bilər və məhz məktəbdə şagirdlərin sistemli və məqsədyönlü vərdişlərə yiyələnmək imkanları olur. Məsələn, təhsil müddətində sağlam həyat tərzi barəsində öyrənən şagirdlərin mövzunu  qavramalarında və mənimsəmələrində mütəmadi nəzarətin həyata keçirilməsi, vəziyəti kontrol və analiz etmək üçün yeniyetmənin ailəsi ilə mütəmadi ünsiyyət, ehtiyac olduqda alkoqol istifadəsinin profilaktikası üzrə mütəxəssislərin cəlb edilməsi və s. Çünki, təhsil mühitində alkoqoldan istifadənin qarşısının alınması üzrə aparılan əsas və sistemli maarifləndirmə işləri  yeniyetmələrin alkoqol asılılığının qarşısının alınmasında böyük rol oynayır.

    Ətraflı
  • Kompüter/mobil telefon asılılığı

    Yeniyetmələrin İnternet asılılığından müalicəyə ehtiyacı olduğunu göstərən əlamətlər:

    • Zaman hissi itkisi. Gəncə elə gəlir ki, o, internetə cəmi 5 dəqiqədir daxil olub. Halbuki, o müxtəlif resurslara bir saatdan çoxdur vaxt sərf edir.
    • Real həyatda yaşanılan problemlər (ailə münaqişəsi, maddi çətinliklər, məktəb və tədrislə bağlı yaşadığı gərginliklər və s.) gəncin psixoloji vəziyyətini daha da ağırlaşdıra bilər və gənc şüuraltı səviyyədə virtual aləmdə onlardan gizlənməyə çalışar.
    • Fizioloji ehtiyaclara məhəl qoymamaq. Virtual aləmdən asılı olanlar aclıq, tualetə getmək və ya yatmaq kimi ehtiyaclarını ertələyə bilərlər. Belə vəziyyət isə zamanla sağlamlıqda ciddi fəsadlar yarada bilər.
    • Real həyatda sosial məsuliyyətdən imtina. Dostlarla görüş onlayn söhbətlə əvəz edilir, təhsil ikinci plana keçir, gənc digər məşğuliyyətlərə daha az zaman ayırır.

    Sadalanan amillər zamanla ciddi psixoloji, sosial və fizioloji problemlərə səbəb ola bilər.

    Ətraflı