Kompüter/mobil telefon asılılığı
Yeniyetmələrin İnternet asılılığından müalicəyə ehtiyacı olduğunu göstərən əlamətlər:
- Zaman hissi itkisi. Gəncə elə gəlir ki, o, internetə cəmi 5 dəqiqədir daxil olub. Halbuki, o müxtəlif resurslara bir saatdan çoxdur vaxt sərf edir.
- Real həyatda yaşanılan problemlər (ailə münaqişəsi, maddi çətinliklər, məktəb və tədrislə bağlı yaşadığı gərginliklər və s.) gəncin psixoloji vəziyyətini daha da ağırlaşdıra bilər və gənc şüuraltı səviyyədə virtual aləmdə onlardan gizlənməyə çalışar.
- Fizioloji ehtiyaclara məhəl qoymamaq. Virtual aləmdən asılı olanlar aclıq, tualetə getmək və ya yatmaq kimi ehtiyaclarını ertələyə bilərlər. Belə vəziyyət isə zamanla sağlamlıqda ciddi fəsadlar yarada bilər.
- Real həyatda sosial məsuliyyətdən imtina. Dostlarla görüş onlayn söhbətlə əvəz edilir, təhsil ikinci plana keçir, gənc digər məşğuliyyətlərə daha az zaman ayırır.
Sadalanan amillər zamanla ciddi psixoloji, sosial və fizioloji problemlərə səbəb ola bilər.