UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Ekologiya

  • Ekologiya, su və havanın çirklənməsi

    Havanın çirklənməsi insan sağlamlığı üçün ən ciddi ekoloji təhdidlərdən biridir. Havanın çirklənməsini azaltmaq üçün tədbirlər görməklə ölkələr insult, ürək xəstəlikləri, ağciyər xərçəngi, astma da daxil olmaqla xroniki və ya kəskin respirator xəstəliklər kimi xəstəliklərin yükünü azalda bilər. Ətraf mühitin və qapalı havanın çirklənməsinin birgə təsiri ildə 6,7 milyon vaxtından əvvəl ölümə səbəb olur. 2019-cu ildə açıq havanın çirklənməsinin dünya üzrə 4,2 milyon vaxtından əvvəl ölümün səbəbi olduğu təxmin edilir. Bu vaxtından əvvəl ölümlərin təxminən 89%-i aşağı və ya orta gəlirli ölkələrdə, əsasən ÜST-nin Cənub-Şərqi Asiya və Qərbi Sakit okean regionlarında baş verib. Havanın çirklənməsinin əsas mənbələrinin təsiri daha təmiz nəqliyyat növlərini təşviq edən, binaların, elektrik enerjisinin və sənayenin enerji səmərəliliyini yaxşılaşdıran və məişət tullantılarının idarə edilməsi sistemlərini təkmilləşdirən siyasətlər və investisiyalar vasitəsilə azaldıla bilər. Bəzi bölgələrdə məişət təmiz enerji sistemləri də ətraf havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldacaq.

    Ətraflı
  • İqlim dəyişikliyi

    İqlim dəyişkənliyi xüsusilə də inkişaf edən ölkələrin uşaqlarında, xəstəliklərin inkişaf riskini artırır. İqlim dəyişkənliyi ilə bağlı xəstəliklərin 85%-dən çoxu inkişaf edən ölkələrin uşaqlarının payına düşür. Uşaqlar daşqınlar və ekstremal temperatur nəticəsində zədə və ölüm, havanın çirklənməsi ilə həddən artıq yayılmış astma və respirator xəstəliklər, eləcə də iqlim dəyişkənliyi ilə bağlı diareya, malyariya və qida çatışmazlığı təhlükəsi altında qalırlar. Hər il dünyada 15 yaşadək yüz minlərlə uşaq bilmədən zəhərli maddələri qəbul edir və onlardan təxminən 35 000-i ölür.

    Ətraflı
  • İqlim dəyişikliyi nədir?

    İqlim dəyişikliyi reallıqdır. Yer kürəsi istiləşir, dəniz səviyyəsi yüksəlir, buzlar əriyir. İqlim dəyişikliyi  (temperaturun yüksəlməsi, daşqın və quraqlıq dövrlərinin artması, havanın çirklənməsi) sağlamlığa birbaşa və ekosistemlər vasitəsilə  təsir göstərir.

    Diqqət! Əhalinin müəyyən qrupu (uşaqlar, qadınlar, açıq havada işləyənlər və s.) iqlim dəyişikliyi təsirlərininə daha  həssasdır. İqlim dəyişikliyinin təsirləri barədə daha çox məlumatlı olaq və ətrafdakıları da maarifləndirək!

    Ətraflı